Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı kriminal avtoritet Rusiyada saxlanıldı
Azərbaycanlı kriminal avtoritet Rusiyada saxlanıldı

Kriminal dairələrdə Tolik Noqinski kimi tanınan azərbaycanlı “qanuni oğru” Taleh Daqliyev Rusiyanın Stavropol diyarında saxlanılıb. Bu barədə məlumatı “Praym Kraym” yayıb.

Nəşrin məlumatına görə, 37 yaşlı kriminal avtoritet “Mineral sular” kurort bölgəsində üzərində heroin ilə saxlanılıb. Bildirilir ki, Tolik Noqinski barəsində Rusiya Cinayət Məcəlləsinin “İri həcmdə narkotik maddələri qanunsuz saxlama” maddəsi ilə cinayət işi başladılıb.

T. Noqinski sorğu zamanı “Mineral sular” bölgəsinə müalicə üçün gəldiyini bildirərək kriminal avtoritet aləmindən uzaq olduğunu deyib.

Qeyd edək ki, Noqinski 2015 və 2017-ci illərdə iki dəfə mühakimə olunub. Belə ki, o, 2015-ci ildə qanunsuz silah saxlamada ittiham olunaraq 1 il müddətinə şərti cəza alıb. Bununla yanaşı, Noqinski 2017-ci ildə narkotik maddələr səbəbindən üç il müddətində məhkumluq həyatı yaşayıb.(virtualaz.org)

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »