Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mahir Emreli: "Özümü qəhrəman hesab etmirəm"
Mahir Emreli: "Özümü qəhrəman hesab etmirəm"

"Avropa Liqası, güclü rəqiblər, bir sözlə hər şeydən razıyam. Yaxşı komandalara qarşı oyun hamı üçün əla təcrübədir".

Bunu Polşa "Legiya"sının futbolçusu Mahir Emreli UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Rusiyada Moskva "Spartak"ına qarşı keçirəcəkləri oyun barədə yerli mətbuata açıqlamasında deyib.

Azərbaycan millisinin hücumçusu bildirib ki, turnirdəki hər bir oyun önəmlidir: "Harada kiminlə oynamağınızın heç bir önəmi yoxdur. Hər matça ciddi hazırlaşmaq və ondan zövq almaq lazımdır".

24 yaşlı forvard "Legiya"dan öncə Rusiya klublarından təklif almadığını söyləyib: "Sadəcə, maraq var idi. Hətta təklif olsaydı belə, imtina edəcəkdim (gülür)".

Emreli müasir futbolda zəif rəqib olmadığını vurğulayıb: "Kağız üzərində bəzi klublar favorit kimi görünməyə bilər. Amma futbolda hər şey mümkündür. Estoniyanın "Flora" komandası ilə oyunumuzadək hamı bizim onları məhv edəcəyimizi düşünürdü. Özünüz də gördünüz ki, onlar necə oynayırlar. İnanın, futbol çox dəyişib. Hamı necə oynamalı, müdafiə olunmalı və hücum etməli olduğunu bilir. İndi daha çox oyun intizamı lazımdır".

Futbolçu turnirdə İtaliya "Napoli"si, İngiltərə "Lester"i və Rusiya "Spartak"ı kimi güclü komandalara qarşı oynayacaqlarını xatırladıb: "Nəticələrin necə olacağını deyə bilmərəm. Bu cür rəqiblərlə oynayacağımız üçün şadam. Bu, bütün komanda üçün yaxşı təcrübədir".

"Spartak"la oyunu azərbaycanlı azarkeşlərin də izləyəcəyini bildirən Emreli uğurlu startın önəmli olduğunu qeyd edib: "Hakimin final fitini gözləməyə üstünlük verirəm. Qarşıda 6 oyun var. Hər şeyə sonuncu matçdan sonra aydınlıq gələcək".

Hücumçu avrokubok matçlarından sonra qəhrəman elan olunmasına da münasibət bildirib: "Düzdür, məni belə adlandırırlar. Amma özüm bu cür düşünmürəm. Mən oyundan zövq alıram, topu sevirəm. Meydana çıxanda mənim üçün vaxt dayanır. Əlimdən gələni edirəm. Amma qol vurduqda qəhrəman olacağımı düşünmək xoşuma gəlmir. Bu gün hücumçunun meydandakı rolu fərqlidir. Məsələ təkcə qollar vurmaqda deyil. Komanda yoldaşlarına boş sahə yaratmaq üçün yaxşı hərəkət etməlisən".

Emreli sürətini iti ötürmələr üçün istifadə etdiyini söyləyib: "Slaviya" və "Budyo Qlimt"ə bu cür qollar vurdum. Amma hər şey vəziyyətdən asılıdır. Bəzən elə komandalara qarşı oynayırsınız ki, meydanda boş sahə vermirlər. Polşa çempionatında komandalar yaxşı müdafiə olunur. Belədə qol vurmaq elə də asan deyil. Amma oyuna diktə edən tərəf siz olsanız, fərqlənmək üçün şans yaxalayacaqsınız".

Qeyd edək ki, bu gün keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.(report)

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »