Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Operativ Qərargah ictimai nəqliyyata qoyulan məhdudiyyətdə israr edir
Operativ Qərargah ictimai nəqliyyata qoyulan məhdudiyyətdə israr edir

Həftə sonları avtobusların işləməməsi dərdindən çox demişik, çox qışqırıb, bağırıb, giley güzar edib yorulub oturmuşuq yerimizdə. Çax- çax baş ağrıdır, dəyirman da öz bildiyi kimi fırlanır.

Koronavirusun həftə sonlarında kabusa dönüb küçələrdə adam axtarmağı başa çatmır ki, çatmır. Həftə içi quzu kimi aparır özünü, tərbiyəli şəkildə hamının basabas olduğu avtobuslarda o da bir küncə sıxılıb yol gedir, heç kimi narahat eləmir. Deyir bu camaatın elə öz dərdi özlərinə bəsdi, bir də mən zülm verməyim.Əvəzində hamı istirahət edəndə o işləyir, şənbə bazarlar yalnız küçə və yollarla hərəkət eir deyə dövlət də avtobusların işləməyini istəmir. Burasını anladıq, bəs həftə içi qatarlar niyə işləmir. Qatarda hərəkət də məkan da daha geniş, daha rahat deyilmi? Burdan Gəncəyə avtobusda gedəcəyimizə, qatarla getsək olmazmı? Yaxıd Bakıətrafı şəhər və qəsəbələrə gedib- gələn qatarlar? Onları da virus işğal edib?

Həftə sonu VÖEN alıb fəaliyyət göstərən mini avtobusların “ dolyası” kimin cibinə gedir? Görməmişik deməsinlər. Bu ölkədə biri birindən xəbərsiz pul qazana bilməz. O qədər polis var, nəzarətçi var, BNA əməkdaşı var. Heç biri taksilərlə paralel fəaliyyət göstərən, müştərinin birini 1 manatdan daşıyan bu avtobusları görmür? O avtobuslar ki, nə maska taxan var, nə də sanitar gigiyenik təmizlənmə aparılmasına dair hər hansı bir məlumat.

Sonra da deyirlər camaat virusa da , vaksinə də şübhə ilə baxır. Sizin anlaşılmaz, sərsəm qərarlarınız nəticəsində bu virus da , vaksin də , nəqliyyat da, xəstəxanalar da, dava dərman da, adicə hava almaq da pul tələsinə çevrildiyinə görə inanmır. Pandemiya çoxlarından ötrü qızıl yumurtlayan toyuq rolunu oynayır.

Vaksin sertifikatı , allergiya xəstəsi olduğunu sübut edən arayışı almaq dönüb olub dərd. 8 aylıq hamilə olan qonşumdan vaksin tələb olunur. Müəllimə işlədiyi məktəbdən. Qadın bir neçə dəfə sənəd təqdim edib ki, hamiləyəm deyə mənə olmaz. İndi yenidən sənəd tələb edirlər ki, hamilə olduğunu sübut elə.Nə kimi, hə formada sübut gözləyirsiniz?

İşi bilməyənlərə tapşıranda nəticə belə xaos olur. Bu müddət ərzində yoluxmadan özünü qoruyub ölməyənləri də əsəb və belə sərsəm qərarlar çərlədir. Hərçənd indi moddu, hansı xəstəliyə düşsən, adı koronadı. Bizim həkimlərin verdikləri statistikaya inansaq, son 2 ildə ölkədə şəkərdən, xərçəngdən, ürək tutmasından ölən olmayıb. Biri 11-ci mərtəbədən özünü atıb intihar etsə aşağı düşənəcən mütləq yolda virusa yoluxur. Ölənlərin tək səbəbkarı koronavirusdur. Onun da dərmanını tapsaq, hamımızı əbədiyaşar olacayıq deyəsən.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »