Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çox zaman uşaqlar koronavirusu əlamətlər olmadan keçirir"
"Çox zaman uşaqlar koronavirusu əlamətlər olmadan keçirir"

Artıq iki ildir ki, dünyada koronavirus pandemiyası tüğyan edir. Bu günə qədər dünyada 226,680,264 koronavirus faktı qeydə alınıb, 4,663,211 nəfər isə virus səbəbilə dünyasın dəyişib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaqlar koronavirusa az yoluxur və çox zaman yüngül keçirir. Bu isə o deməkdir ki, uşaq və böyük orqanizmi SARS-CoV-2 virusu fərqli mübarizə aparır.

Bəzi uşaqlar virusu heç bir əlamət olmadan və yaxud qrip kimi keçirir. Ancaq uşaqda xroniki xəstəliklər - ürək çatışmazlığı, ağciyər xəstəlikləri və immunitet zəifliyi varsa, xəstəlik daha ağır şəkildə özünü biruzə edə bilər.

Ludviqson adına Pediatriya Fondunun araşdırmalarına görə, 1-5 faiz halda COVID-19 diaqnozu qoyulmuş uşaqlarda ölüm halı qeydə alınır. Bu daha çox pnevmaniya və ya anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlarda özünü göstərir.

Medline və Embase araşdırması qruplarının araşdırmasna görə isə, koronavirusa yoluxmuş uşaqlarda da virus böyüklərdə olduğu kimi özünü biruzə edir.

Uşaqlar üçün koronavirusun təhlükəsi, valideynlər daha çox nəyə diqqət etməlidir, virus özünü necə biruzə edir? Niyə uşaqlar virusa az yoluxur?

Beynəlxalq araşdırmalar göstərir ki, böyüklər və yaşlılarla müqayisədə, uşaqlar arasında yoluxma 5 faizdən çox olmur.

Pediatr İlhamə Qurbanovanın sözlərinə görə, koronavirus 2 yaşına qədər körpələrdə özünü daha ağır göstərə bilir:

"Ancaq nəzərə almaq lazımdır ki, uşaq nə qədər böyükdürsə, onda əlamətlər də böyüklərdə olduğu kimi görünəcək. Qeyd edək ki, 6-7 yaşlı uşaqlarda daha çox yoluxma, 9 yaşdan sonra uşaqlarda isə daha çox ağırlaşma müşahidə edilə bilər. Koronavirus daha çox ürək qüsurlu, mədə-bağırsaq-həzm sisteminin pozuntusu olan, şəkərli diabetdən əziyyət çəkən uşaqlarda nisbətən daha ağır keçir".

Uşaqlarda koronavirus yüksək tempratur (64 faiz), öskürək (35 faiz), mədə-bağırsaq pozuntusu ishal, qusma, köp (12 faiz) və s. bu kimi əlamətlər müşahidə edilir.

  • 0-12 aylıq körpələrdə koronavirusa yoluxma barmaqlarının ucunun soyuq olması, burun ətrafının yara tökməsi və nəfəs almada çətinliklə müşahidə edilir. Uşaq ana südündən imtina edir.
  • 1-8 yaşlı uşaqlarda virusa yoluxma zamanı müxtəlif ağırlıq dərəcəsində pnevmaniya müşahidə olunur. KT müşahidəsi zamanı uşağın ağciyərlərində buzlu şüşə effekti görünür.
  • 8-12 yaşlı uşaqlarda COVID-19 virusuna yoluxma zamanı böyüklərdə olduğu kimi müşahidə edilir. Belə ki, onlarda yüksək hərarət, ağciyərlərin sturukturunda dəyişiklik, pnevmaniya və limfositopeniya müşahidə edilir.

Çox zaman uşaqlar koronavirusu əlamətlər olmadan keçirir. Bu zaman ancaq PCR-testlə uşağın yoluxduğunu müəyyən etmək mümkün olur.

Əgər uşaq kəskin repirator xəstəliyə yoluxubsa (öskürək, təngənəfəslik, nəfəsalmada çətinlik) döşqəfəsini komputer tomoqrafiyası etdirmək vacibdir. Bu zaman uşağın ağciyərlərinin vəziyyətini müəyyən etmək olacaq. Bundan başqa saturasiyanı ölçdürmək önəmlidir. Əgər saturasiya aşağıdırsa, uşağı xəstəxanaya yerləşdirmək vacibdir.

Qeyd edək ki, Böyük Britaniyada və ABŞ-da 1 yaşından kiçik və 15 yaşından böyük uşaqların koronavirusdan daha çox təsirləndikləri aşkarlanıb. Bu uşaqların 50 faizində anadangəlmə və xroniki xəstəliklərin olduğu qeyd edilir.

Yeri gəlmişkən, ölkədə 35 mindən çox təhsil işçisi peyvəndləməyə qarşı əks göstəriş sertifikatı alıb. Yəni, yeni dərs ilində uşaqlarınızın koronavirusa yoluxmayacağına heç kim zəmanət verə bilməz.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »