Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa dövləti sosial məsafə qaydasını ləğv edir
Avropa dövləti sosial məsafə qaydasını ləğv edir

Peyvəndlənmənin sürəti artdıqca Avropa ölkələri bir-birinin ardınca karantin qaydalarını yumşaldır. Ölkə əhalisinin 70 faizindən çoxunun peyvənd olunduğu Danimarka pandemiya ilə tamamilə vidalaşıb. Böyük Britaniyanın ardınca isə Niderland yumşalmaya gedib. Bu ölkədə sosial məsafə qaydasını ləğv ediblər.

Bizimyol.info xəbər verir ki, sentyabrın sonundan Niderlandda karantin qaydalarının yumşaldılması ilə bağlı önəmli addım atılır. Sentyabrın 25-dən ictimai yerlərdə 1.5 metr sosial məsafə gözləmək lazım gəlməyəcək. Belə qərarı verməyə ölkə əhalisinin 12 yaşdan yuxarı əhalsinin 80 faizinin peyvəndlənməsi şərait yaradıb. Buna baxmayaraq, vətəndaşlar kütləvi tədbirlər zamanı, barlarda, restoranlarda, teatrlarda “yaşıl pasport” göstərməli olacaq.

Niderlandın Baş naziri Mark Ryutte qərarı açıqlamağa görə özünü çox xoşbəxt hiss etdiyini bildirib: “Əlbəttə, 1.5 metr məsafəni saxlamaq məntiqli görünür. Çünki təhlükəsizliyi təmin edir. Amma daha bunu gözləmək vacib olmayacaq”.

Böyük Britaniya da qaydaları yumşaltmaqda davam edir. Proses payızda və qışda daha böyük sürət alacaq. Baş nazir Boris Conson deyib ki, əslində, ölkədə yoluxmaların sayı hər gün artır.

“Amma başqa vacib aspektlərdə britaniyalılar müqayisəolunmaz dərəcədə pandemiya ilə mübarizəyə hazırdırlar. Yetkinlik yaşına çatmış şəxslərin 80 faizindən çoxu hər iki vaksin dozasını alıb. Böyüklərin 90 faizi antitel qazanıb. Vaksin işləyir”.

Londonda 12-15 yaşlı yeniyetmələrin peyvəndlənməsi qərara alınıb. Prosesin gələn həftə başlayacağı gözlənilir. Yeniyetmələr üçün “Pfizer”ə üstünlük veriləcək. Onlara yalnız bir doza vaksin vurulacaq. Böyük Britaniyadakı tibb mütəxəssisləri əmindir ki, yeni dalğa zamanı məktəblilərin peyvəndlənməsi sayəsində məktəbləri bağlamaq lazım gəlməyəcək. Ümumiyyətlə, bu ölkədə tədrisin həmişə əyani keçirilməsində israrlıdırlar.

Niderland yoluxmaların sayına görə dünyada 22-ci yeri tutur. Bu ölkədə təxminən 1 milyon 974 min vətəndaşda infeksiya aşkarlanıb. 18 mindən çox holland virusdan həyatını itirib.

Bizimyol.info

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »