Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Benzinin bahalaşması qiymət artımı effekti yaratdı: “Bəzi məhsulların qiymətlərinə təsiri olacaq”
Benzinin bahalaşması qiymət artımı effekti yaratdı: “Bəzi məhsulların qiymətlərinə təsiri olacaq”

Azərbaycanda “Aİ-95” ("Premium") və “Aİ-98” ("Super") markalı benzinin qiymətlərinin artması ilə birgə bazar qiymətlərində də artım müşahidə edilib. Belə ki, benzin qiymətlərinin qalxmasını eşidən işbazlar satdıqları məhsulların qiymətini artırıblar.

Hətta sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi mağazalarda çörəklərində qiymətində artım müşahidə edilib.

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu markalı benzinlərin qiymət artımının əslində başqa sahələrə təsiri olmamalıdır.

Natiq Cəfərli Natiq Cəfərli

“Çünki nə “Aİ-95”, nə də “Aİ-98” markalı benzin iqtisadiyyatın başqa sahələrində istifadə edilmir. Bu markalı benzinlər yalnız çox yeni və Avropa 5 standartlarına uyğun olan avtomobillərin benzinə olan tələbatını ödəmək üçündür”.

İqtisadçının sözlərinə görə, bu qiymət artımları insanlarda psixoloji effekt yaradır.

“Benzinin qiymətinin artması hər dəfə qiymət artımı effekti yaradır və bunun ardınca başqa qiymətlərin də artdığının şahidi oluruq. Ona görə də, qiymət artımının psixoloji əsasın yaradılması nöqteyi nəzərindən bəzi məhsulların qiymətlərinə təsiri olacaq”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »