Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Benzin qiymətlərində 4 ay ərzində 4 dəfə artım
Benzin qiymətlərində 4 ay ərzində 4 dəfə artım

Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzin qiymətlərində 4 ay ərzində 4 dəfə bahalaşma baş verib.

Bizimyol.info xəbər verir ki, iyun ayından etibarən bu markalı benzinlərin qiymətində 3 dəfə artım müşahidə edilib. Belə ki, ölkəyə 2014-cü ilin aprelin 1-dən idxal olunan Aİ-95 benzininin qiyməti 2021-ci ilin iyun ayında 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlmişdi.

Üstündən bir ay keçdikdən sonra yəni, 2021-ci ilin iyul ayının sonlarında “Aİ-95” premium markalı benzin 5 qəpik də bahalaşaraq qiyməti 1,40 manatdan 1,45 manata qalxdı.

Avqust ayı girər-girməz növbəti artım müşahidə edildi və “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,60 manata çatdırılmışdı.

Bu gündən etibarən isə “A-98” 1.90 manata, “A-95” isə 1.60 manat satışı həyata keçirilir.

Qeyd edək ki, rəsmilər bu markalı benzinlərin qiymətinin bahalaşmasını dünya bazarındakı neft qiymətləri ilə əlaqələndirirlər.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »