Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əbədi “Ayrılıq”: Zamanında gələn adamın zamansız gedişi
Əbədi “Ayrılıq”: Zamanında gələn adamın zamansız gedişi

Onu hamımız “Ayrılıq” mahnısı ilə tanıdıq. Öz dediyi kimi zamanında oxumuş, mahnı zamanın səsi olmuş, nəbzi tutmuşdu.

1989-cu illərin əvvəllərində Azərbaycanın Əməkdar artisti Gülağa Məmmədov Almaniyayada səfərdə olarkən Yaqub Zurufçunun ayrılıq mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəlir.O, Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirir və televiziyada yayımladır. Yaralı , lakin yumruq kimi bir olan günlərimiz idi. “Ayrılıq” mahnısı Azərbaycanın milli mənəvi dirçəlişin həyatına həm yön verdi, həm himnə çvrildi, çox sevildi. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə yaqub Zurufçu ilk dəfə Azərbaycana gəldi və bu gəlişi özünü mitinqlərin önündə gördü.

Xatirələrinin birində danışırdı ki, hər dəfə mitinqlərdə insanların qarşısına çıxarkən bu insan selinin kükrəməsindən, alqış zərbəsindən qorxurmuş.

O əslində sadə bir insan, sadə bir müğənni idi. Biz onu görmək istədiyimiz kimi gördük.”Ayrılıq “ onu Azərbaycanın fədaisi, qəhrəmanına çevirdi. Yana – yana, çarəsizcə oxuduğu bu əsərlə əslində illər sonra Azadlıq hərəkatının, Meydan hərəkatının mərkəzinə düşəcəyini xəyal eləməmişdi.

“Məni meydana gətirirdilər, mikrofonu əlimə verirdilər ki, danış. Hər kəlməmlə meydan gurlayırdı”.

Xalq əslində Yaqubun simasında parçalanmış vətəni, o taylı azərbaycanlıları görürdü. Yaqubun simasında bütün Cənubi Azərbaycanı sevirdi.Bu sadəcə onun şəxsinə yönəlmiş duyğu seli deyildi.

O sadəcə əsl zamanında oxuduğu bir mahnı ilə tarixin adamı olmağı bacardı.

Zamanında gələn adam bu dünən aramızdan zamansız getdi. Korona onu da əlimizdən aldı. Təbrizdə doğulmuş Yaqub Bakıda dəfn ediləcək bu gün. Bu da taleyin bir işarəsidir. Cənubi Azərbaycanın simvolu Şimali Azərbaycanda torpağa qarışacaq, torpaq olacaq.

Yaqub Zurufçunu yeni gəldiyi zaman mən də çox sevmişdim. Zamanla hərəkat yatışdı, çalxalanan dövran duruldu, hər kəs başını öz işinə gücünə qatdı. Və günlərin birində eşitdiyim bir xəbərlə ürəyimdə yaratdığım saf Yaqub Zurufçu obrazı şüşə kimi qırılıb çilik- çilik oldu. Bu hadisəni Şövkət Ələkbrovanın ölümündən sonra onun ən yaxınlarından birinin dilindən eşitmişdim. Şövkət xanım ağır xəstələnir və Yaqub Zurufçu onu Almaniyaya aparıb orda müalicə etdirəcəyini deyir. Lakin Almaniyada Şövkət Ələkbərovanın özünün xəbəri olmadan onun konsertlərini təşkil edir və Şövkət xanım düz 1 ay xəstə halı ilə konsert verməyə məcbur olur. Nə pulunu ala bilir, nə də müalicə oluna bilir. Kor peşiman qayıdır geri.Mənim üçün Yaqub Zurufçu “Ayrılıq”la başlayıb, biznes adamı kimi bitirmişdi. Bu bildiyimi də yazmadan keçə bilmədim. Biz alışmışıq xalq olaraq xaricdən gələn hamını bağrımıza basmağa.Ona da qucaq açdıq,Vətən dediyi Azərbaycan ona istədiyi hər şeyi verdi, ev oldu, çörək oldu, şöhrət oldu, sevgi oldu.”Ayrılıq”la gəldi, amma ayrılmadı, qovuşdu.Bu dünyadan bir Yaqub Zurufçu da keçdi. Allah rəhmət eləsin.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »