Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra Hakimiyyəti: "Qazi icra başçısına təzyiq göstərmək istəyir"
İcra Hakimiyyəti: "Qazi icra başçısına təzyiq göstərmək istəyir"

Bu günlərdə “Kanal13” televiziyasında “Qarabağ əlili İcra başçısının cəzalandırılması üçün Prezident İlham Əliyevə müraciət etdi” başlığı altında Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Mingəçevir filialının sədri, II qrup Qarabağ əlili Cəfərov Oktay İsa oğlunun Prezidentə müraciət edib.

Bizimyol.info-ya Mingəçevir Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, Oktay Cəfərovun müraciətdə göstərdiyi “şəhər İcra Hakimiyyəti başçısının Qarabağ Müharibəsi iştirakçılarına, qazilərinə və şəhid ailələrinə ögey və qaba münasibəti barədə, həmçinin sahibkar Babək Abdullayevin dönər köşkünün sökülməsi barədə” fikrinə cavab olaraq bildiririk ki, çıxışda göstərilənlər şər və böhtandır, həqiqətə uyğun deyil. Belə ki, mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Şəhid ailələri və qazilərə həmişə diqqət və qayğı göstərilir, onların müraciətləri zamanı şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən qəbul olunur və lazım gəldikdə şəhər İcra Hakimiyyəti başçısının qəbuluna aparılır və onlara müvafiq köməkliklər göstərilir.

Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələri və qazilərin problemləri diqqətdə saxlanılır.

Oktay Cəfərovun şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun kiçik sahibkar Babək Abdullayev tərəfindən özünün istifadəsində olan çayxananın ərazisinə dönər köşkü qoyması və beş nəfərin işlə təmin etməsinə baxmayaraq həmin köçkün götürülməsini tələb etməsi barədə müraciəti ilə əlaqədar bildiririk ki, B.Abdullayevin köşk qoyduğu torpaq sahəsi onun istifadəsində deyil, Bəkirov Rafiq Bahadil oğlunun icarəsindədir. Həmin ərazidə dönər köşkünün özbaşına qoyulması şəhərin memarlıq görünüşünə xələl gətirir və icarəyə verilmiş torpaq sahəsində deyil, ümumi istifadədə olan torpaq sahəsindədir. Bundan əlavə həmin dönər köşkü yaşayış binasına çox yaxındır ki, bu da həmin binada yaşayan sakinlərin narazılığına səbəb olur, belə ki, gün ərzində köşkdən gələn spesifik qoxu sakinlərin mənzillərinə daxil olur.

Həmin köşkün könüllü götürülməsi üçün dəfələrlə Babək Abdullayevə edilən xəbərdarlıqlara məhəl qoymamış və Oktay Cəfərovun televiziyada belə çıxışını təşkil etməklə şəhər İcra Hakimiyyətinin başçısına təzyiq göstərmək, onun qanuni hərəkətlər etməkdən çəkindirmək məqsədi güdməsi aydın biruzə olunur.

Vətəndaşların ümumi istifadə yerinə B.Abdullayev tərəfindən özbaşına qoyulmuş dönər köşkünün götürülməsi ilə bağlı Şəki Kommersiya Məhkəməsində Mingəçevir Bələdiyyəsi tərəfindən iddia qaldırılmışdır.

Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »