Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Raketlərlə mülki şəhərləri vuran Ermənistan mütləq cəzalanmalıdır"
"Raketlərlə mülki şəhərləri vuran Ermənistan mütləq cəzalanmalıdır"

"Azərbaycana səfərimizin məqsədi azad olunmuş ərazilərdə mədəni abidələrin araşdırılması, həmin ərazilərdəki minalarla bağlı vəziyyətə baxış keçirməkdir”.

Bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, keçən il müharibə vaxtı Azərbaycana səfər zamanı Gəncə, Ağdam, Mingəçevir və Tərtərdəki vəziyyətlə tanış olublar: “Ermənistandan atılan raketlər nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımızın məzarlarını ziyarət edib, yaxınları ilə görüşdük. İƏT olaraq hesabat hazırladıq. Bu hesabatı Türkiyə və Azərbaycanda müvafiq qurumlara təqdim etdik. Həmçinin BMT-yə və Beynəlxalq İnsan Haqları Məhkəməsinə göndərdik”.

O qeyd edib ki, müharibənin olmasını heç kim istəmir: “Amma dünya qurulandan bəri müharibələr olur. Müharibənin də öz qayda və hüquqları var. Müharibə zonasından kənarda raketlərlə şəhərlərin vurulmasından söhbət gedə bilməz. Bu, cinayətdir və bu cinayəti törədən Ermənistan rəsmiləri mütləq cəzalanmalıdır. Onlar bu əməllərinə görə cavab verməlidir ki, belə hadisələr təkrarlanmasın”.(apa)

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
Son xəbərlər
Bütün xəbərlər »