Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacirdən 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Narkotacirdən 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, əlavə olaraq külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 40 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Qarayevin yaşadığı evin həyətindəki yardımçı tikilidən 4 kiloqramdan artıq heroin, 1 kiloqram 200 qrama yaxın tiryək, 251 qram metamfetamin, bir ədəd elektron tərəzi, əlavə olaraq yaşadığı evin yaxınlığında çöllük ərazidə gizlətdiyi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən olunub ki, R.Qarayev narkotik vasitələri və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və deyiləcək yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təmin etməli imiş.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Mahmud Cəfərov və Famil Əskərov saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin, tiryək və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »