Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Si Cinpinin onunla görüşdən imtina etməsi xəbərlərini təkzib edib
Bayden Si Cinpinin onunla görüşdən imtina etməsi xəbərlərini təkzib edib

ABŞ Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının Sədri Si Cinpinin ötən həftə baş tutan telefon danışığı zamanı onunla görüşdə imtina etməsi barədə yayılan xəbərləri təkzib edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Ağ Evin mətbua xidməti bildirib ki, C.Bayden Kolorado ştatına səfərindən sonra Vaşinqtona qayıdanda jurnalistlər Si Cinpinin onunla görüşməkdən imtina etməsi ilə bağlı məlumatları şərh etməsini istəyiblər.

Qeyd edilir ki, ABŞ Prezidenti jurnalistlərin sualına cavabında bu xəbərlərin yalan olduğunu deyib.

Xatırladaq ki, daha əvvəl "Financial Times" qəzetinə iki ölkə liderinin telefon danışığının təfərrüatları barədə məlumatlı mənbəyə istinadən bildirmişdi ki, C.Bayden keçən həftə Si Cinpinlə 90 dəqiqəlik telefon danışığı zamanı qarşı tərəfə yüksək səviyyəli görüş keçirməyi təklif edib. Lakin Si Cinpin bu təklifi rədd edib və vurğulayıb ki, Vaşinqton Pekinə münasibətdə sərt tondan imtina etməlidir.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »