Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxın gələcəkdə Aya bilet almaq cibə uyğun olacaq
Yaxın gələcəkdə Aya bilet almaq cibə uyğun olacaq

Son bir əsrdə nəqliyyatda inqilabi dəyişikliklər olub. İnsanlar yüz il əvvəl daha çox at belində hərəkət edirdilər, indi dünyada avtomobillərin sayı-hesabı yoxdur. 2050-ci il üçün nəqliyyatla bağlı müxtəlif proqnozlar var.

Bizimyol.info xəbər verir ki, qarşıdakı illərdə daha çox elektrik enerjisi ilə işləyən maşınların çoxalması gözlənilir. Niderlandın “Fastned” startapının yaradıcısı Mixil Langezal 2050-ci ilə qədər yanacaqla işləyən avtomobillərə ehtiyac qalmayacağına inanır.

“Növbəti onillikdə əsas vəzifə elektroavtomobillərə daha çox azadlıq verilməsi olacaq. Onların batareyaları daha güclü hala gələcək. Enerji doldurulması daha tez həyata keçəcək”.

Kembric Universitetinin iqtisadiyyat fakültəsinin professoru Castin Bişop bu qədər nikbin deyil. O, hesab edir ki, elektromobillər zərərli qazların təbiətdəki çəkisini azaltmayacaq. Professor bu istiqamətin ətraf mühiti qorumaq üçün yetərli olmayacağına əmindir.

“Elektrikli və hidrogenli avtomobil mühərriklərinə keçmək zərərli qazları aradan qaldıra bilər, amma problemi tam həll etməz, onu başqa yerə, istehsal zəncirinə aparar. Üstəlik, bioyanacaqlarda olduğu kimi gözlənilməz nəticələr ortaya çıxa bilər. Nəhayət, fosil yanacaq mühərriklərindən elektrik, hidrogen və ya digər alternativlərə tam keçid üçün çoxlu miqdarda əlavə enerji istehsal olunmalıdır”.

Bişop deyir ki, zərərli qazlarla bağlı qarşıya qoyulan məqsədə çatmaq üçün enerji istehlakı azaldılmalıdır.

“Buna şəhərsalma və torpaq istifadəsinə yeni yanaşma kömək edəcək. Hər şeydən əvvəl insanların hər gün ziyarət etdikləri əsas nöqtələrin 15 dəqiqəlik piyada məsafədə olması və uzun bir nəqliyyat səyahəti tələb etməməsi üçün “15 dəqiqəlik şəhər anlayışı” formalaşmalıdır”.

Ətraf mühitin müdafiəsi üzrə mütəxəssis Ester Anaya-Boiq fəal hərəkət mexanizmlərinin çıxış yolu olacağını fikirləşir. Söhbət velosiped kimi nəqliyyat vasitələrindən gedir. Amma Anaya-Boiq belə hərəkət mexanizmlərinin həm də təhlükəsiz şəraitdə həyata keçirilməsinin tərəfdarıdır.

Belə bir fikir var ki, 2050-ci ilə qədər ənənəvi ictimai nəqliyyat qalmayacaq. “Max.ng.” Nigeriya taksi xidmətinin təsisçisi Adetayo Bamiduro deyir ki, lap 50 ildən sonra da avtomobillərə tələbat azalmayacaq. Əksinə, yeni format populyarlaşacaq. Bamiduro sürücüsüz avtomobillərin hər yeri bürüyəcəyinə əmindir. Onun iddiasına görə, heç kimin öz avtomobili olmayacaq: “Nə Amerikada, nə də Afrikada. Aya bilet almaq hamının cibinə uyğun olacaq”.

“Hyperloop Italia” şirkətinin rəhbəri Bibop Qresta gələcəyin ictimai nəqliyyatını başqa cür görür. Onun ehtimalına görə, insanlar kapsullarda əyləşərək boruların içində sürətlə hərəkət edəcək. “Lufthansa”nın innovasiya mərkəzinin direktoru Kristian Van isə ictimai nəqliyyatın gələcəyini aerotaksilərdə görür.

Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »