Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan İrana problemlərin qalmaqalsız da həll edilə biləcəyini göstərdi”
“Azərbaycan İrana problemlərin qalmaqalsız da həll edilə biləcəyini göstərdi”

“Bir çoxları gözləyirdi ki, Bakı və Tehran arasında diplomatik qalmaqal, sərt ritorika mübadiləsi olacaq, lakin Azərbaycan rəhbərliyi buna imkan vermədi”.

Bu sözləri Bizimyol.info saytına siyasi analitik Gülsel Səfərova İrana aid yük maşınlarının qanunsuz olaraq Xankəndinə getməsi və bu məlumatlardan sonra Azərbaycan hökumətinin yanaşmasını şərh edərkən bildirib.

Gülsel Səfərova Gülsel Səfərova

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

“Həmin görüş barədə geniş məlumatlar yayılmasa da, fikrimcə, çox məhsuldar görüş olub və Azərbaycan tərəfi öz iradlarını, mövqeyini bildirib. Əlbəttə, bundan əvvəl XİN tərəfindən nota verilmişdi. Lakin xoşagəlməz hallar təkrarlanınca, ölkə rəhbərliyi bu məsələni şəxsən nəzarətə götürüb, çox güman ki, məsələnin qalmaqalsız, ikitərəfli münasibətlərə zərər vurmadan həlli üçün müvafiq tapşırıqlar verilib. 44 günlük müharibədə Azərbaycana qarşı müxtəlif təzyiqlər var idi, lakin Azərbaycan rəhbərliyi diplomatik baxımdan da yüksək məharət göstərdi. Bu gün də biz onun şahidi oluruq ki, rəsmi Bakı özünün Tehranla olan münasibətlərini korlamadan və heç bir təxribata getmədən yaranmış problemləri həll etməyə çalışır”, - deyə siyasi analitik qeyd edib.

G.Səfərovanın fikrincə, Azərbaycan hakimiyyəti bütün təxribatlara baxmayaraq, öz təmkinini qorudu: “Müəyyən qüvvələr Azərbaycanı təxribata çəkmək istəyirdilər, amma buna müvəffəq olmadılar. Azərbaycan İranla münasibətlərinə xüsusi önəm verir və bu münasibətləri pozmaq istəmir. Sözügedən görüşlə bağlı mətbuata heç bir məlumat sızdırılmadı. Bu da onu göstərir ki, rəsmi Bakı diplomatik etiketi qoruyur və İranla ritorikalardan uzaq, dialoqlu bir münasibət arzusundadır”.

Analitik vurğulayıb ki, Azərbaycan heç bir dövlətin daxli və xarici siyasətinə qarışmayıb: “İranın Ermənistanla münasibətlərinə Azərbaycan heç vaxt qısqanc yanaşmayıb. Lakin söz separatçıları dəstəkləməkdən gedirsə, əlbəttə, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan İrana problemlərin qalmaqalsız da həll edilə biləcəyini göstərdi. ​ Ümid edirəm ki, İran tərəfi də eyni yanaşma tətbiq edərək, bu və digər problemlərin həlli istiqamətində lazımi addımlar atacaq”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
Son xəbərlər
Bütün xəbərlər »