Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Parlamentdə Qarabağla bağlı sənədin qəbulu istisna olunmur”
“Parlamentdə Qarabağla bağlı sənədin qəbulu istisna olunmur”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

APA-nın məlumatına görə, Hikmət Hacıyev görüşlə bağlı tvitter səhifəsində paylaşım edib.

​“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də görüşlə bağlı tvitter səhifəsində paylaşım edib: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşməkdən məmnunam. İkitərəfli əlaqələrimizin son inkişaflarını və ümumi maraq doğuran məsələləri müzakirə etdik”.

Bizimyol.info xatırladır ki, bundan əvvəl Müdafiə Nazirliyi də məlumat yayaraq. Rusiya Müdafiə Nazirliyinə və sülhməramlıların kontingentinə Qarabağa qanunsuz daxil olan yük maşınları ilə bağlı məktub yazdığını bildirmişdi.

Azərbaycanın qanunverici orqanı Milli Məclisdə də son baş verən olaylarla bağlı hər hansı sənəd, bəyanat və ya müraciət qəbul ediləcəyi gözlənilirmi? Parlament bu istiqamətdə öz kollektiv mövqeyini ifadə edəcəkmi?

Fazil Mustafa Fazil Mustafa

Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa Bizimyol.info saytına bildirib ki, hazırda Milli Məclis məzuniyyətdədir və hələ gündəliyin nədən ibarət olacağı ona məlum deyil: “Bu günlərdə mən və digər deputatlar öz mövqeyimizi fəal şəkildə ifadə etdik, gündəmdə məsələlərə münasibət bildirdik. Lakin oktyabrın 1-dək hər hansı kollektiv müzakirədən, sənəddən söz gedə bilməz. Düşünürəm ki, ilk iclasdaca bu və digər məsələlərlə bağlı çıxışlar olacaq, parlamentin iradəsinin ifadəsi ilə bağlı hər hansı təklif olacaq. Düşünürəm ki, belə bir sənədin qəbul edilməsi mümkündür. Ümumi iradənin ifadəsinə ehtiyac var”.

O, “hərbi qulluqçuların status haqqında” və “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihələri ilə bağlı da sualı şərh edib: “Mən hələ bu layihələrlə tanış deyiləm. Hərbi qulluqçuların statusu ilə bağlı müəyyən boşluqlar var və müzakirələrdə mən öz fikrimi bildirəcəyəm. Təlimlərlə bağlı isə deyərdim ki, ümumiyyətlə, beynəlxalq təlimlərə dair bir qanuna da ehtiyac var”.

Rüfət Quliyev Rüfət Quliyev

Milli Məclis üzvü, iqtisadi elmlər doktoru, professor Rüfət Quliyev də hesab edir ki, sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində baş verənlər Milli Məclisin gündəliyindən kənarda qalmayacaq: “Mətbuatda hər gün bir neçə deputatın açıqlaması dərc olunur və bu mövzularda biz də öz mövqeyimizi açıqlayırıq.​ Şəxsən, özüm də bir sıra vacib məsələlərlə bağlı parlamentdə çıxış etməyi düşünürəm. Son aylar ərzində çox hadisələr baş verib, insanların ürəyində çox söz yığılıb. Hər halda təkliflər və çıxışlar çox olacaq. Ehtiyac olsa, yəqin ki, parlament adından bir bəyanat qəbul olunar”.

Fəzail Ağamalı Fəzail Ağamalı

Başqa bir deputat, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı da o fikirdədir ki, belə bir sənədin qəbulu istisna olunmur: “Amma Mən bu haqda konkret söz deyə bilmərəm. Əgər belə bir təklif olsa, mən də öz fikirlərimi bildirəcəyəm. Düşünürəm ki, son zamanlar ölkəmiz üçün çox vacib, həssas proseslər gedib. Bu istiqamətdə parlament də öz mövqeyini ifadə edə bilər. Məzuniyyətdə olmağımıza baxmayaraq, hər gün prosesləri izləyir, mətbuata danışırıq. Milli Məclis baş verənlərə biganə yanaşmır”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »