Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dələduzluq yolu ilə 6 nəfərdən 20.000 manat alan şəxs saxlanılıb
Dələduzluq yolu ilə 6 nəfərdən 20.000 manat alan şəxs saxlanılıb

Tovuz sakini rayon Polis Şöbəsinə müraciət edərək, Əli adlı şəxsin onun evinə işıq çəkdirəcəyini vəd edərək ondan dələduzluq yolu ilə 2850 manat pul alıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini, Əli Novruzov saxlanılıb. Onun ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs müxtəlif vaxtlarda daha bir neçə rayon sakininə dövlət qurumlarındakı “nüfuzundan” istifadə edərək onlara kömək edəcəyini bildirmiş və beləliklə həmin şəxslərə qarşı dələduzluq edib.

Belə ki, Əli Novruzov 4 nəfər şəxsə əlilliyə görə pensiya təyin etdirəcəyi barədə vəd verərək onların ümumilikdə 16400 manat nağd pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa saxlanılan şəxs rayon sakini ilə əlaqə yaradaraq ona yaşadığı kənd ərazisində torpaq sahəsi verdirəcəyini bildirərək ondan 1000 manat pul alıb.

Hələlik 6 nəfərə qarşı dələduzluq edərək ümumilikdə onların 20.000 manatdan çox pulunu dələduzluq yolu ilə mənimsəyən Ə.Novruzovun əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Saxlanılan şəxs barəsində Tovuz rayon Polis Şöbəsinin İstintaq Bplməsində Cinayət Məcəslləsinin 178.2.2 (Dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »