Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
40 il meşədə yaşayan “Tarzan” müasir həyata qayıtdı, köhnə qidalar və spirtdən öldü
40 il meşədə yaşayan “Tarzan” müasir həyata qayıtdı, köhnə qidalar və spirtdən öldü

40 ildir Vyetnam meşələrində yaşayan "Əsl Tarzan" Ho Van Lang, müasir həyata qayıtdıqdan sonra xərçəng xəstəliyinə qalib gələ bilməyərək, dünyasını dəyişdi.

Bizimyol.info xəbər verir ki, filmlərin və cizgi filmlərinin əsas personajlarından olan Tarzanın canlı nümunəsi Ho Van Lang, 40 il meşədə yaşadıqdan sonra müasir bir şəkildə yaşamağa başlamışdı. 8 ildir ki, normal şəraitdə yaşayırdı.

O, 1972 -ci ildə ABŞ və Vyetnam arasındakı müharibə zamanı ailəsinin yarısını itirdikdən sonra təbiətə qaçaraq meşələrdə yaşamağa qərar vermişdi. Tra Bong bölgəsi olaraq bilinən bir meşədə 40 il atası ilə yaşamış və daha sonra 2013 -cü ildə bölgədəki bir kənddə məskunlaşmışdı.

Meşədən meyvə yığaraq qarğıdalı əkərək onilliklər boyu yaşayan və vəhşi təbiətdə sağ qalmağı bacaran Lang və atası Thanh, ağac qabığından tikilmiş paltar geyinərək yerdən təxminən 5 metr yüksəklikdə taxta bir daxmada yaşadılar.

Daha sonra sakinlər tərəfindən fərq edilən ata və oğul, səlahiyyətlilərə məlumat verildikdən sonra normal həyatlarına qaytarılmışdı

Langın dostu Alvaro Cerezo, "Əsl Tarzan"ın ölümünün, müasir həyatdakı işlənmiş qidalar və spirtdən qaynaqlandığını bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »