Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarderlər əbədi yaşamaq istəyir
Milyarderlər əbədi yaşamaq istəyir

Milyardları olan insan 100 yaşına çatanda heç bir halda ölmək istəməz. O, hər şeydən əvvəl zamanı da almağı arzulayar. Milyarderlərin gəncləşmə cərəyanının təşəbbüskarlarından olması heç təəccüblü deyil. Bu prosesdə xüsusilə Ceff Bezosun adı çox çəkilir.

Bizimyol.info xəbər verir ki, amerikalı milyarder insanın necə cavan qalması barədə baş sındıranların sırasında öndə gəlir. O, hələ 2016-cı ildə “PayPal”ın həmtəsisçilərindən olan Piter Til ilə birlikdə “Unity Biotechnology” layihəsinə 116 milyon dollar yatırıb. Startap yaşlanma sürətini azaltmaq, dayandırmaq və ya geri qaytarmaq üçün terapevtik vasitələr hazırlamağı qarşıya məqsəd qoyub. Qərb mətbuatı yazır ki, indi layihəyə rus milyarder Yuri Milner də qoşulmaq qərarı verib.

Ceff Bezos Ceff Bezos

Bir müddət əvvələ qədər yaşlanmanın qarşısını almaq üçün qida əlavələri, botoks, üz üçün bahalı kremlər daha yaxşı vasitələr sayılırdı. Amma Silikon vadisində yanaşmanı dəyişiblər. İndi uzunömürlülük sənayesi barədə daha çox düşünürlər. Bezos bu işlərdə hələ yeni sayılır. Səkkiz il əvvəl indi 48 yaşı olan “Google”-un yaradıcıları Larri Peyc və Sergey Brin “Calico Life Sciences” layihəsinə 750 milyon dollar yatırmışdılar. Missiya yaşlanmanın biologiyasını aydınlaşdırmaq idi. “Facebook”un sahibi Mark Zukerberqin həyat yoldaşı Prissilla Çan ilə birlikdə yaratdığı “Chan Zuckerberg Initiative” layihəsinin hədəfləri də başqa deyil. Ər-arvad əsrin sonuna qədər bütün xəstəliklərin qarşısını almağı və ya idarə etməyi hədəfləyib.

Yaşlanmanın qarşısını almaqla məşğul olan “Youthereum Genetics”in yaradıcısı Yuri Deygin bildirir ki, son illər bu istiqamətdə böyük irəliləyiş qeydə alınıb. Onun sözlərinə görə, tədqiqatlara iri pullar ayrılır.

“Milyarderlərin puldan başqa itirəcəyi bir şey yoxdur. Amma onlar çoxlu pul itirə bilər”.

“Trilyon dolları necə xərcləmək olar” kitabının müəllifi Rouen Huper hesab edir ki, gedən proses heç də ölümsüzlük eliksirinin tapılmasına gətirib çıxarmayacaq. Buna baxmayaraq, bioloq hüceyrə biologiyasına, genetikaya diqqət ayrılmasını müsbət cərəyan sayır.

Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »