Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başa bəla saxta vətənpərvərlər: Böyüklərə yaltaqlanır, şəhid anasını təhqir edir
Başa bəla saxta vətənpərvərlər: Böyüklərə yaltaqlanır, şəhid anasını təhqir edir

Sovet dövründə Bakı şəhərinin mərkəzində yaşayan bir kişi evinin balkonunu artırmaq istəyib, lakin balkon mərkəzi prospektə baxdığı üçün icazə verilməyib. Düşünüb, ağıllı bir ideyanı gerçəkləşdirib. O vaxtkı dövlət rəhbəri Brejnevin böyük bir plakatını hazırladır, asır balkonun qabağından. Şəklin arxasında da başlayır tikinti işlərini aparmağa. Kimin hünəriydi desin, sök Brejnevin şəklini? Şəkli özünə qalxan edib, balkonu edir geniş bir otaq.

Bu məsəli təsadüfən xatırlamadım. Bu gün başqalarının sadəlövh duyğularını sömrürərək dövlət başçısı və birinci xanımın adından istifadə edən, özlərini onları sevən, onlara sadiq dövlət adamı kimi göstərən, əslində əməlləri ilə ad batıran o qədər yaramaz var  - deməklə bitməz. Təbii ki, onların varlığından nə Prezidentin xəbəri var, nə də xanımının.

Bu gün qarşıma bir video çıxdı. Özünü "Fədai" kimi təqdim etmiş Fuad Muradov adlı aktivistin “mənə söz deyən İlham Əliyevə söz demiş kimidir” deməsi ifadəsini heyrətlə izlədim. Bu ifadələr lap yas məclislərində statuslarını artırmaq istəyən şarlatan mollaların dediyinə bənzəyir. “Mənə sataşmaq Allaha sataşmaqdır, imama, peyğəmbərə sataşmaqdır” tipində. Ona bu haqqı kim verib? Bir zamanlar atasının hərbçi, döyüşçü olması balasına bu gün kimlərisə təhqir etmək hüququ vermir. F.Muradov “Qazaxlı Alik” kimi tanınan keçmiş döyüşçü Alik Muradovun oğludur.

Xatırladaq ki, bir il öncə bu adam şəhid analarını çox ağır formada təhqir etməklə gündəmə gəlmişdi. 2020-ci ilin iyun ayında Fuad Muradov mitinqlərə qatılan şəhid ailələrini vətən xaini adlandırmışdı.

“Dövlət şəhid anasına hər cür güzəşt, imkan verir. Bütün bunlardan sonra qazaxlılar demiş "Şəhid anası mitinqlərdə nə "ATDIRIR"?". Şəhid anaları və ailələrinin bu hakimiyyət tərəfindən sosial məsələləri qarşılanırsa, nə üzlə hökümətə qarşı şüar səsləndirir? Deməli, oğlu mərdlik-kişilik simvolu olubsa, ailə xəyanətmi etməlidir? Əsl şəhid anaları öz dəyərlərini qoruyub saxlayır və o anaların əllərindən öpürük. Mitinq və ya digər siyasi marginallaşmış quruplarda geydirmə şəhid anaları xalqa xəyanət edir".

Bax, bu düşüncənin sahibidir atasının bir zamanlar döyüşçü olması ilə öyünən, özünü gözə soxan “fədai”. Nəyin fədaisidir, kimə fəda olub, nə uğurda fəda gedəcək? Ümumiyyətlə, lazımdırmı bu fədakarlıq bizə? Belələri ələ-ayağa dolaşmasın, bizə yetər, fəda getmələri lazım deyil.

Dünən vəkil Aslan İsmayılovun müraciəti əsasında Fuad Muradov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") dindirilib, izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir.

Hər sözünün başında dövlət, dövlətçilik deyib, hər əməlinin arxasında ölkə Prezidentini, onun xanımını özünə qalxan eləmək, belə saxtakarların yaratdıqları problemlərə onları hədəf etmək deməkdir. Təəssüf ki, cəmiyyətimizdə Fuad Muradov xarakterdə insanların sayı həddən artıq çoxdur.

Bu tiplər dövləti və onun aliliyini gözdən və nüfuzdan salır. Kənardan baxanda necə iyrənc bir yaltaqlıq, kibr, fürsətçilik mənzərəsinin yarandığını özlərindən başqa hər kəs görür. Hərəsi təmtəraqlı, gurultulu bir ad seçir, QHT, ictimai birlik, hərəkat yaradır. Bu ad olur onun əlində silah. Gücü yetəni hədələyir, şantaj edir, yetməyəndə təhqir edir, gücü yetməyənə yaltaqlanır, yalmanır. Bir sözlə, şillə-şapalaqla üz qızardıb, özünə yuxarılarda “ bal” qazanır, bu yol olur onun karyera yüksəlişi üçün tramplin. Saxtakarlıq Akademiyası olsaydı, onu qırmızı diplomla bitirən, bu işin elmini, kitabını yazan peşəkarlarımızın sayı-hesabı olmazdı. Sonra da deyirik, milli kadr belə gəldi, elə getdi. Tikan əkib gül dərəsi deyilik ha.

Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
››› Rusiya Dövlət Dumasına seçkilərlə bağlı ilkin məlumat
››› Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub
Son xəbərlər
Bütün xəbərlər »