Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Geştək düzünü ehtiyatsızlıqdan yandırdılar
Geştək düzünü ehtiyatsızlıqdan yandırdılar

İşğaldan azad olunmuş torpaqlarımıza ayaq basmaq, oranı gəzmək, görmək hər bir vətəndaşımızın arzusudur. Hələlik oralara getmək öncəliyi  o torpaqlarda yaşamış, elinin, yurdunun həsrətini çəkənlərə verilir. Kəlbəcər yaylaqlarına  isə artıq fermer təsərrüfatlarının sahibləri buraxılıb. Lakin təəssüf ki, elə indidən o torpaqların ekoloji mühitinə zərbə vurmağı da bacarıblar. Əslən Kəlbəcərdən olan həkim Azər Mustafayev paylaşım edərək, insanları diqqətli olmağa çağırıb.

“Ərəblərə pinti deyirik, amma az bir müddətdə biz işğaldan azad olunan  torpaqlarımızı ərəblərdən daha çox tullantıya qərq etmişik, üstəlik ekoloji mühitinə də elə ermənilər qədər ziyan  vururuq. Geştək düzünü təsadüfən yandırıblar. Yaşıllıq od alıb. Hər tərəf  plastik torba və  içki şüşələrinin qutuları ilə doludur.Bütün bulaqların başı bu gündədir. Hər yer quru otdur. Tonqal, manqal qalayanlar buna əhəmiyyət vermirlər, təbiətə ziyan vururlar.Geştək düzünü 30 ildə erməni yandırmadı, biz yandırdıq. Üstəlik söküb dağıtma işləri də aprılıb. Ən pisi də çaylara elektrik cərəyanı buraxıb balıq tutur,  keçi, ceyran, cüyür ovlayırlar. Gəlin təbiətimizə qənim kəsilməyək. O torpaqlar mbir neçə nəfər  kef eləsin deə azad edilməyib”,- deyə həkim qeyd edib.

“Tutqu çayında qızıl balıq tutann kəlbəcərlilər təbiətin canlılarını məhv edirsiniz! Ekalogiya Təbi Sərvətlər Nazirliyi, görəsən nə üçün fil qulağında yatıb ?Təbi sərvətlərlə dolu olan Kəlbəcərin təbiətinə nəzarəti kimlərə tapşırıblar kimlərin nəzarətindədir?”- deyə bir qrup ziyalı kəlbəcərli çağırış edib.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »