Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Covid-19”dan sonra ürəyinizə diqqət edin – Həkim məsləhəti
“Covid-19”dan sonra ürəyinizə diqqət edin – Həkim məsləhəti

“Covid-19”a yoluxmuş şəxslərin ürəklə bağlı şikayətlərinin virusdan və ya mövcud ürək xəstəliklərindən qaynaqlandığı bir çoxlarını narahat edən əsas amillərdən biridir.

Bizimyol.info xəbər verir ki, türk həkim, kardioloq Polat Canbolat bu problemin əsl səbəbini anlamaq üçün “Covid-19” virusundan sağalan insanların daha sonra da üərklə bağlı yoxlanışlardan keçməsinin vacibliyini vurğulayıb.

Polat Canbolat Polat Canbolat

“”Covid-19” keçirmiş insanlarda yaranan ürək problemləri sağalma müddətini uzada bilər. Ürək döyüntüsü, başgicəllənmə, göz qaralma, sinə ağrısı, nəfəs darlığı və yeni inkişaf edən ürək xəstəlikləri “Covid-19”dan qaynaqlana bilər. Bunun səbəbini anlamaq üçün xəstələrin şikayətləri nəzərə alınmalıdır. Məsələn, temperaturun azalmasına və kifayət qədər su tükətməyinizə baxmayaraq çarpıntılarınız azalmırsa, ürəyinizin sürətli və nizamsız olaraq döyündüyünü hiss edirsinizsə, ürək döyüntüsü ilə birlikdə sinədə narahatlıq və ya maneə hiss edirsinizsə dərhal həkimə müraciət etməyiniz məsləhətdir”.

Həkimin sözlərinə görə, “Covid-19” xəstəliyindən sonra ayağa qalxanda yaranan çırpıntı, başgicəllənmə və göz qaralma kimi şikayətlər əsasən ürəkdən qaynaqlanmır.

“Bu, uzun müddətli hərəkətsizlik və xəstəlik səbəbiylə yataqda qalmaqla əlaqəli vəziyyətdir. Kifayət qədər su içdiyinizə əmin olun və simptomlarınız yox olana qədər qəfil hərəkətlərdən çəkinin”.

Polat Canbolat qeyd edib ki, “Covid-19” zamanı və xəstəlikdən sonra ən çox görülən şikayətlərdən biri sinə ağrısıdır.

“Sinə ağrısı xəstəlik səbəbiylə geniş yayılmış əzələ ağrısından, ürək böhranı və ya ağ ciyərlərdə laxtalanmadan meydana gələ bilər. “Covid-19” damarların daxili qatına ziyan vurduğundan, xəstəlik keçdikdən sonra infarkt keçirə bilər. Bu səbbədən də şiddətli sinə ağrınız, bulantı, nəfəs darlığı və ya sinə ağrısı ilə müşayiət olunan həddindən artıq tərləmə, birdən başlayan və 20 dəqiqədən çox davam edən sinə ağrınız olarsa, ən qısa zamanda həkimə müraciət edin”,- deyə həkim bildirib.

Leyla Mirzə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »