Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bələdiyyənin sabiq sədr müavini dələduzluğa görə həbs olunub
Bələdiyyənin sabiq sədr müavini dələduzluğa görə həbs olunub

Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Bizimyol.info xəbər verir ki, Quba rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə ondan ümumilikdə 21 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq edib, həmçinin bu əməli ilə də vətəndaşı rüşvət verməyə təhrik edib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
Son xəbərlər
Bütün xəbərlər »