Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
OPEC 2021-ci ildə neftə olan tələbin artım proqnozunu olduğu kimi saxlayıb
OPEC 2021-ci ildə neftə olan tələbin artım proqnozunu olduğu kimi saxlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci ildə dünya üzrə neftə olan tələbin artımı ilə bağlı proqnozunu dəyişməz olaraq saxlayıb.

"Report" xəbər verir ki, bu barədə OPEC-in sentyabr ayı üzrə hesabatında deyilir. Beləliklə, avqustda olduğu kimi, 2021-ci ildə dünya üzrə neftə tələbin artımı gündəlik 6 milyon barrel təşkil edəcək.

Hesabatda deyilir ki, əhalinin mobilliyinin artması fonunda cari ilin III rübündə neftə olan tələb dayanıqlı olub. Ümumilikdə, 2021-ci ildə neftə olan tələb gündəlik 96,7 milyon barel səviyyəsinədək bərpa olunacaq.

OPEC-də hesab edirlər ki, 2022-ci ildə neftə olan tələbin artımı gündəlik 4,2 milyon barel təşkil edəcək, bu isə avqust ayındakı hesabatın göstəricilərindən 0,9 milyon barel çoxdur.

2022-ci ildə ümumi neft olan tələb gündəlik 100,8 milyon barelə çatacaq, bu isə pandemiyadan əvvəlki vəziyyətdən yüksəkdir.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »