Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nar” ADAMUN Gənclər Forumunun keçirilməsinə dəstək oldu
“Nar” ADAMUN Gənclər Forumunun keçirilməsinə dəstək oldu

Gənclərin bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən “Nar” ADA BMT Modeli Klubunun (ADAMUN) təşkilatçılığı ilə keçirilən Gənclər Forumuna dəstək oldu.

“Nar” ADAMUN Gənclər Forumunun keçirilməsinə dəstək oldu

Forumun məqsədi gənclərin üzləşdikləri problemlərin mütəxəssislər tərəfindən işıqlandırılması, gənclərlə birlikdə müzakirə və təhlilinin həyata keçirilməsi, eləcə də gənclərin bu problemləri həll etməyə yönəlmiş təkliflərinin irəli sürülməsində birbaşa iştirakının təmin olunmasıdır.

Qeyd edək ki, 3 gün davam edən forumda gənclər komandalara bölünərək, müxtəlif layihə ideyaları üzərində araşdırma və müzakirə apardı, layihə təkliflərini hazırladı və təqdimatını etdilər. Təqdimatların sonunda ən yüksək nəticə göstərmiş 3 layihə və müəllif komandalar mükafatlandırıldı.

“Nar” ADAMUN Gənclər Forumunun keçirilməsinə dəstək oldu

Qeyd edək ki, ADA BMT Modeli klubu (ADAMUN) 2012-ci ildən fəaliyyət göstərir və ölkə daxilində minlərlə gəncin inkişafına töhfə verib.

“Nar” ADAMUN Gənclər Forumunun keçirilməsinə dəstək oldu

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Paylaş »
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »