Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstan türməsi: “Burada hər gün bir ilə bərabərdir”
Əfqanıstan türməsi: “Burada hər gün bir ilə bərabərdir”

Keçən əsrin 70-ci illərində “Puli-Çərhi” həbsxanasının adı Əfqanıstanda vahimə doğururdu. Buranı ölkənin “Quantanamo”su adlandırırdılar. Amerikalıların dövründə “Puli-Çərhi”də “Taliban” üzvlərini saxlayırdılar.

Bizimyol.info xəbər verir ki, indi Kabil ətrafında yerləşən həbsxana terror təşkilatı üçün alçaldılma və haqsızlıq rəmzi sayılır. “Taliban” Qərb jurnalistlərini “Puli-Çərhi”yə dəvət edir. Təşkilat üzvlərinin təklif etdiyi çərçivədə reportaj hazırlamaq mümkündür.

Burada kameraların çoxu boşdur. “Taliban” xoş niyyətini göstərmək üçün məhbusların çoxunu azadlığa buraxıb. Jurnalist Aneliz Borjes “Puli-Çərhi”də azadlıqdan məhrum edilmiş təxminən 60 şəxs görüb. Rəhbərlik ona əvvəllər şəraitin çox pis olduğunu, indi isə vəziyyətin dəyişdiyini deyib.

Həbsxananın rəisi Şərəfətulla Xozayfa cinayətkarlığın səviyyəsinin yüksəlməsində maraqlı olmadıqlarını bildirib. Onu vəzifəyə bir müddət əvvəl gətiriblər: “Qisas almaq fikrimiz yoxdur. Amnistiya artıq elan olunub. Polisdə, orduda xidmət etmiş bütün əfqanlar əfv edilib”.

Məhbuslar Borjesə tamam başqa şeylər danışıblar. Jurnalist dəmir qapının o tərəfində özünü Məhəmməd kimi təqdim edən məhkumla söhbətləşə bilib.

“Dörd nəfər toyuq almaq üçün mehmanxanaya daxil olduq. Toyuq 200 əfqaniyədir, ikisini götürdük. Çörək də 100 əfqani. 500 edirdi, bizdən 750 istədilər. Dedim ki, başqa pulumuz yoxdur. Təklif etdim ki, telefonumu özlərində saxlasınlar, gedim pul axtarım. Bu zaman içəri “Bədri” dəstəsinin əsgərləri girdi, bizi döyə-döyə bura gətirdilər”.

Məhəmməd həbsxanaya düşməyi ağıllarından belə keçirmədiklərini deyib. O, şəxsən özünün günahsız olduğunu bildirib.

“Biz cinayətkar deyilik. Evimizə, ailəmizin yanına qayıtmaq istəyirik. Burada hər gün bir ilə bərabərdir. Müsəlmanlar məni eşidirsə, bilsinlər ki, günahkar deyiləm”.

Məhəmmədin ailəsi onun harada olduğunu bilmir. Həbsxana əməkdaşları onu “Puli-Çəhri”də nə qədər saxlayacaqlarını demir.

Əfqanıstanın “Quantanamo”sunda jurnalistlərə məhbuslarla söhbətləşməyə imkan verilmir. Çünki onlar həqiqəti deyə bilər. “Puli-Çəhri”də isə ədalətli aura olduğunu göstərməyə çalışırlar.

Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »