Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi qulluqçularla bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq
Hərbi qulluqçularla bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq

APA-nın məlumatına görə, bu, MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il üçün nəzərdə tutuluş qanunvericilik iş planına daxil edilib.

Həmçinin, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsinin də MM-də müzakirəyə çıxarılacağı bildirilir.

Qeyd edək ki, iş planı komitənin sentyabrın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas bildirib ki, hələ sözügedən qanun layihələrilə tanış olmayıb.

Aqil Abbas Aqil Abbas

Hələ məzuniyyətdəyik. Komitələrdə müzakirələr başlayanda, bu sənədlər bizə təqdim olunacaq və biz də öz fikirlərimizi deyəcəyik. Ümumiyyətlə, hərbi qulluqçulara dair bir sıra boşluqlar, problemlər var. Əlbəttə, mənim də təkliflərim olacaq. Amma mən bu barədə qanun layihəsilə tanış olandan sonra danışmaq istərdim”, - deyə A.Abbas qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı müəyyən bir təcrübə yaranıb və təlimlərin intensiv keçirilməsi çox yaxşı haldır: “Zəfər paradı olan zaman bir qadın demişdi ki, mən istərdim bir millətin elə bir ordusu olsun. Əlbəttə, bu arzu olaraq qalır. Lakin bizim daim birgə təlimlər keçirməyimizə, ordularımızı gücləndirmək üçün birgə addımlar atmağımıza kimsə mane ola bilməz. Son zamanlar keçirilən təlimləri mən də izləyirəm və müsbət dəyərləndirirəm”.

Deputat son günlər yayılan məlumatları, xüsusən də, Bakıda və Ağdamda birgə təlim mərkəzi yaradılacağı barədə məlumatları belə şərh edib: “Azərbaycan və Türkiyə nəsə edəndə bunu qeyri-rəsmi etmirlər. İctimaiyyətin də bundan xəbəri olur. Bu barədə heç bir məlumatım yoxdur. Amma belə bir təlim mərkəzi yaradılsa, çox yaxşı olardı. Türkiyəli mütəxəssislər bizim ali hərbi məktəbdə, təlim-tədris mərkəzlərində də dərs keçirlər və onların sayını artırmaq olar. Fikrimcə, bu, bizim silahlı qüvvələrin hazırlığını daha da artırmış olar”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »