Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AST Telmanın mülkləri əlindən alınır
AST Telmanın mülkləri əlindən alınır

AST Telman kimi tanınan azərbaycanlı iş adamı heç də yaxşı günlərini yaşamır. Telman İsmayılovun mülklərini əlindən alırlar.

Bizimyol.info xəbər verir ki, azərbaycanlı iş adamı son illər xeyli obyektlərini itirib. VTB qrupuna daxil olan “BM-bank” Fransız Rivyerasında Moskvadakı Çerkizov bazarının keçmiş sahibinin üçmərtəbəli imarətinə sahib çıxmaq haqqını məhkəmədə qazana bilməyib. Obyektin artıq satıldığı məlum olub. AST Telman və onun oğlu Sərxan İsmayılov kreditora böyük məbləğdə borcu ödəyə bilməyiblər. Buna görə Fransa məhkəməsi satışdan əldə olunan məbləğin 8 milyon avrosunun banka verilməsini qərara alıb.

Telman İsmayılovun xeyli mülkünə həbs qoyulub. Axtarışda olan azərbaycanlı iş adamı nə Rusiyada, nə də Avropada görünür. Onun mülkləri, adətən, bankların iddia irəli sürməsindən sonra satışa qoyulur.

“BM-bank”ın hüquqşünasları Telman İsmayılovun Valloris şəhərində mülkü olduğunu biləndə əməli işə keçmək qərarına gəliblər. Amma məhkəmədə üçmərtəbəli imarətin satıldığı məlum olub. AST Telmanın mülkünün 4.2 min kvadratmetrlik ərazidə yerləşdiyi dəqiqləşib. Buranın idman zalı, bar və bilyard otaqlarından başqa, şərab zirzəmisi də var.

“BM-bank” 2016-cı ildən Moskvanın Meşanski rayon məhkəməsinin qərarına əsasən Telman İsmayılovun qol çəkdiyi kredit müqavilələri ilə bağlı Fransada mülk axtarışına çıxıb. Azərbaycanlı iş adamı Rusiya bankından ümumilikdə 177 milyon dollar kredit götürüb.

2021-ci ilin avqustun 2-də Moskva Arbitraj Məhkəməsi Sərxan İsmayılovun “AST Trans Market”in rəhbəri kimi məsuliyyətə cəlb olunmasıyla bağlı “BM-bank”ın iddia ərizəsini qəbul edib. Onun bir neçə adamla birlikdə banka 26 milyard 525 milyon 134 min rubl (təxminən 350 milyon dollar) borcu olduğu bildirilib.

Telman İsmayılov qətllər və başqa cinayətlərin təşkilinə görə beynəlxalq axtarışa verilib. Kreditorlar onun bir çox obyektlərinin satılmasına nail olub. Məsələn, İtaliyanın Mantova şəhər məhkəməsi AST Telmanın Kastel-Qoffredodakı imarətinin satışı üçün hərracın vaxtını təyin edəcək. Maraqlıdır ki, azərbaycanlı iş adamı obyekti 2002-ci ildə alıb, lakin heç vaxt orada yaşamayıb və kirayəyə verməyib.

“BM-bank”ın Telman İsmayılovla bağlı növbəti hədəfi Türkiyədəki “Mardan” idman kompleksinə sahib çıxmaqdır. Burada təkcə 500 avtomobil üçün qapalı dayanacaq var. Bundan başqa, iş adamının Antalyanın Kundu kəndindəki oteli və 7 əkin sahəsi kreditorun diqqət mərkəzindədir.

Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »