Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xəzərdə keçirilən Azərbaycan-Türkiyə təlimlərində hər hansı saziş pozulmayıb”
“Xəzərdə keçirilən Azərbaycan-Türkiyə təlimlərində hər hansı saziş pozulmayıb”

“Xəzəryanı ölkələrin ümumi razılığına əasən, digər ölkələrin Xəzər dənizində hərbi mövcudluğu yolverilməzdir”.

Bizimyol.info xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusu haqqında razılaşma bu məsələyə aydınlıq gətirib.

"Xəzərlə həmsərhəd olan dövlətlər arasında əldə edilən razılaşmaya əsasən, beş sahil ölkəsi istisna olmaqla, Xəzər dənizində xarici hərbi birliklərin olması qadağandır. Bu məsələ Xarici İşlər Nazirliyində araşdırılır" – deyə Xətibzadə qeyd edib.

Bu məsələni Bizimyol.info saytına şərh edən politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Xəzərin statusu hələ müəyyənləşməyib.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Lakin söz açılan razılaşmada hərbi gəmilərlə bağlı məqam var. Məndə olam məlumata görə isə Xəzərdə Türkiyəyə aid hərbi gəmilər müşahidə olunmayıb. Sadəcə təlim-tədris prosesi baş verib və türkiyəli dənizçilər Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin hərbi-texniki bazası əsasında təlimlərdə iştirak ediblər. O ki qaldı Xəzərin statusu məsələsinə, hələ bu və digər məqamlar dəqiqləşməyib və Xətibzadənin söz açdığı razılaşma qeyri-dəqiq, səthi məqamlarla doludur”, - deyə sabiq nazir bildirib.

Sabiq xarici işlər nazirinin sözlərinə görə, Xəzərin statusu müəyyən olunmadığına görə, tərəflərin öhdəliklərilə də bağlı hələ dəqiq normativlər müəyyən olunmayıb.

“Xarici ölkələrin hərbi mövcudluğuna dair müəyyən razılıq var, amma sənəd üzərində bu məsələnin ətraflı və detallı təsbit olunması hələ də baş tutmayıb. Yəni, burda dəqiq kriteriyalar, şərtlər qeyd olunmayıb. Ona görə də, hesab edirəm ki, Xəzərdə keçirilən Azərbaycan-Türkiyə təlimlərində hər hansı saziş pozulmayıb”, - deyə T.Zülfüqarov əlavə edib.

Hərbi ekspert Elxan Şıxəliyevin isə fikrincə, təlimlər Azərbaycana aid akvatoriyada baş tutub və Türkiyənin hərbi gəmiləri və ya katerləri təlimlərə cəlb olunmayıb.

“Belə olduğu halda, İranın nədən narahat olduğunu anlamaq çətindir. Azərbaycanın hər hansı ölkə ilə birgə təlimlər keçmək hüququ var və bu təlimlərin İrana qarşı yönəldiyini demək də olmaz. Görünür ki, rəsmi Tehran sözügedən təlimlərdə özünə qarşı təhdidlər hiss edib”, - deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »