Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanı narahat edən görüntü: Şimali Koreya yeni tipli raket sınaqdan keçirdi
Dünyanı narahat edən görüntü: Şimali Koreya yeni tipli raket sınaqdan keçirdi

Şimali Koreya, Yaponiyanın böyük hissəsini vura biləcək yeni, uzun, qanadlı raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, dövlət mediasında yayılan xəbərlərə görə, raket sınaqları şənbə və bazar günləri həyata keçirilib və raketlər hər iki cəhddə 1500 kilometrdən çox məsafə qət ediblər. Raket sınaqları ilə bağlı xəbərlərdə, hər iki sınaqda ölkənin ərazi suları daxilində təyin olunan hədəflərin uğurla vurulduğu açıqlanıb.

Şimali Koreyanın dövlət qurumu KCNA, son sınaqda istifadə edilən raketin iki illik işin məhsulu olduğunu bildirib.

Pentaqon isə bu raket sınağını pisləyib və regional müttəfiqlərini müdafiə edəcəyinə söz verib.

Qeyd edək ki, Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramları ABŞ ilə münasibətlərində çox vaxt dərin problemlərə səbəb olur. Keçmiş prezident Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında üç görüş baş tutsa da, konkret nəticə verməyib.

Leyla, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »