Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şeytan detallarda gizlənir - Virançılıq siyasəti
Şeytan detallarda gizlənir - Virançılıq siyasəti

11 iyul - 8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 70 dəfə laçın dəhlizinə daxil olub və çıxıb. 11 avqusta Azərbaycan XİN İrana nota verdi.

Amma iran yenə öz əməllərindədir. 11 avqustdan 10 sentyabradək yanacaq və sürtkü yağları daşıyan( bu fərqli məhsullar da ola bilər) 58 yük maşını Xankəndiyə daxil olub. Azərbaycan bir neçə gündür Gorus-Qafan yolunun ölkəmizin ərazisindən keçən hissəsində post qurub.

Bu, İranın Qarabağa qanunsuz yük daşımasına adekvat cavabdır. Sosial şəbəkələrin Ermənistan seqmentində Azərbaycanın Şərqi Zəngəzur bölgəsindən keçən Gorus-Qafan yolunda İran maşınlarından dövlət rüsumu aldığına dair qəbzin şəkilləri Ermənistanı yamanca narahat edib. Diplomatik kanallar lazımi tədbir görməzsə görülməli olan ən yaxşı addım bu idi. Üzərində “Cənub Ərazi Baş Gömrük İdarəsi” qeydi olan bu qəbzlər saxta deyil və Gömrük Komitəsi də faktı təsdiqləyib.

İran vətəndaşları avqust ayında Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında – Qarabağda qeyri – qanuni şəkildə fəal şəkildə işlərə cəlb olunublar. Bununla belə İran rəsmiləri dəfələrlə Qarabağda abadlıq , quruculuq işlərində iştirak etmək istədiklərini dəfələrlə Azərbaycan tərəfinə bəyan ediblər.İndi bu iki üzlü siyasətin hansına inanasan?

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu Bizimyol.info-ya verdiyi açıqlamada Azərbaycan, İran və Rusiya münasibətlərindən danışdı.

“Problem bundadır ki, Rusiya və İran sözdə bizi dəstəkləyirlər. Nə zaman dindirsən yanılmızdadırlar, amma əməldə Ermənistana yardım edir, təxribatı körükləyirlər.Bəlkə də Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istəyər, amma ona imkan vermirlər. Moskvada və Tehrandadakı güclər bölgədə sabitliyin təmin olunmasında maraqlı deyillər və müxtəlif təzyiq alətlərindən istifadə edirlər.

Məslələn Paşinyana təsir etmək üçün Köçəryanı, Paşinyana qatı müxalifətçilik edən, müharibə olmasını müntəzəm olaraq dilə gətirən bir adamı Moskvaya dəvət ediblər.Bu Paşinyana təsir deməkdir, sülhə təzyiq alətidir. İranın separatçılara benzin daşıması da təzyiq alətidir. Rusiyanın Qarabağa yanacaq göndərməsi bir az çətindir. İran sərhədlərini açıq qoymasa Ermənistan Qarabağ torpaqlarını işğal edə bilməzdi.30 ildir İran siyasəti bu istiqamətdə dəyişməyib. Prezidentlər dəyişib, mühafizəkarları liberallar əvəz edib, amma Azərbaycana, Qarabağa qarşı siyasi kurs dəyişməyib.Hamısı tərəfdaşlıqdan əməkdaşlıqdan danışır, amma biz bunun həqiqət olmadığını əməldə görürük.Şuşanın işğalından 1 gün öncə İranda Azərbaycan və Ermənistan arasında atəşkəsə dair müqavilə imzalanmışdı. Amma səhəri gün Şuşa işğal olundu. Tehran demədi ki, mənim imicimə zərbə vuruldu, bu belə edilməməliydi. Və həmin separatçılarla İran bu gün də əməkdaşlıq edir. Bütün bunlar xırda detallar kimi görünə bilər. Lakin şeytan da detallarda gizlənilir”,- deyə ekspert vurğulayıb.

İlhamə

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən vacibdir” - İran XİN
Son xəbərlər
Bütün xəbərlər »