Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hər an anti-terror əməliyyatları başlaya bilər, XTQ də buna hazır olmalıdır”
“Hər an anti-terror əməliyyatları başlaya bilər, XTQ də buna hazır olmalıdır”

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.

Əvvəlcə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyevə təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə məruzə edib.

General-leytenant H.Mirzəyev çıxış edərək Türkiyə və Pakistan xüsusi təyinatlılarının nümayədələrini Azərbaycanda görməkdən çox məmnun olduğunu bildirirərək deyib: "Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar. Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir".

Bizimyol.info ki, bundan bir neçə gün əvvəl Laçın ərazisində Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri start götürmüşdü. Son zamanlar Azərbaycan xüsusi təyinatlılarının intensiv təlimlərə qatılması hansısa anti-terror əməliyyatına təcili hazırlıqdanmı xəbər verir, yoxsa, standart olaraq, Azərbaycan XTQ-nin döyüş qabiliyyətiini artırmaq üçün görülən tədbirlərdir?

Ədalət Verdiyev Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info saytına bildirib ki, son zamanlar xüsusi təyinatlı qüvvələrimizin intensiv olaraq təlimlərə qatılması bu birliklərin əhəmiyyəti ilə bağlıdır: “Çünki 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin qələbə qazanmasında xüsusi təyinatlılar xüsusi rol oynadılar. Hazırda XTQ-nin döyüş qabiliyyətinin daha da yaxşılaşdırılması və dağ-meşə ərazilərində əməliyyatları qüsursuz yerinə yetirə bilmək üçün hazırlığının artırılması qarşıya qoyulan əsas məqsəddir. Şübhəsiz ki, Azərbaycan öz ərazilərində anti-terror əməliyyatlarına hər an başlaya bilər. Xüsusi təyinatlılarımız da hər an döyüşə hazır vəziyyətdədirlər”.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan XTQ-lərinin təlimlərinə müxtəlif texnikalarla yanaşı, helikopterlər də cəlb olunub.

“XTQ-lər düşmənin dərinliyinə desant göndərilməsi, müxtəlif çətin tapşırıqların yerinə yetirilməsi üzrə hazırlaşdırılacaqlar. Bu təlimlər 9 gün davam edəcək və miqyasi kifayət qədər geniş olacaq. Təlimlərin əsasən dağlıq ərazilərdə keçirilməsi gözlənilir. Hesab edirəm ki, “Üç qardaş – 2021” təlimləri bölgədə yeni birlik kimi ortaya çıxan Azərbaycan-Türkiyə-Pakistan tandeminin keçirəcəyi silsilə təlimlərdən sadəcə birincisidir. İrəlidə bu və digər istiqamətlərdə birgə təlimlərin çox şahidi olacağıq. Bu üçlük bölgədə terror və separatizmə qarşı birgə mübarizə aparacaqlar”, - deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »