Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeniyetmələr, uşaqlar və hamilə qadınlar daim əncir qəbul etməlidir"
"Yeniyetmələr, uşaqlar və hamilə qadınlar daim əncir qəbul etməlidir"

Bakı kəndləri, xüsusilə Nardaran və Maştağa ənciri-üzümü ilə məşhurdur. Bu kəndlərdə sakinlərin əksəriyyəti mövsümündə elə əncir-üzüm satmaqla dolanır.

Maştağa sakini Nübar Əliyevanın sözlərinə görə, əncirin insan həyatı üçün faydaları tükənməzdir:

"Biz dədə-babadan eşitmişik ki, əncir qəbizlik, həzimsizlik, öskürək, bronxit və astma xəstəliklərinə şəfaverici xüsusiyyətə malikdir. Əncir həm də kökəldir. Uşaq yaşlarından xatırlayıram ki, biz öskürəndə və ya soyuqlayanda nənələrimiz quru ənciri süddə isladıb bizə verərdi. Əncirin tərkibində təbii şəkər olduğu üçün şəkər xəstələrinə də zərər vermir".

N.Əliyevanın sözlərinə görə, əncir böyüklüyündən asılı olaraq müxtəlif qiymətə satılır. Böyükləri 3-4, kiçikləri 1,5-3 manata satılır. Müsahibimiz deyir ki, bu gün Bakı kəndliləri bu mövsümü əncir hesabına dolanır. Kəndlərdə yığılan əncirlər, Maştağa bazarlarında satılır.

Qida eksperti Samir Quliyevin sözlərinə görə, əncirin tərkibində təbii şəkər, minerallar və həll oluna bilən liflər var. Bununla yanaşı; potasium, kalsium, maqnezium, dəmir və mis kimi minerallarla zəngin olan bu meyvə A və K vitaminləri ilə də zəngindir:

"Əncir, Fikus ağacında yetişir və insanlar tərəfindən ən çox istehlak edilən meyvələrdən hesab olunur. Əncir ağacı yarpaq tökən və 7-10 metrə qədər böyüyə bilən ağaclardandır.

Əncirin tərkibində eyni zamanda C vitamini, B3,B6,B2 də var. Ürək və mədə üçün çox əhəmiyyətli olan liflə zəngindir. Quru əncirin qida dəyəri təzə əncirdən daha çoxdur. Belə ki, bir quru əncir yemək, bir yumurta yeməyə bərabərdir. Təzə və ya qurudulmuş əncir güclü antioksidanlarla zəngindir".

Mütəxəssis bildirir ki, əncirin tərkibində su, yağ,  protein, karbonhidrat, lif, şəkər, kalsium, dəmir, maqnezium, fosfor, potasium, sodium, sink, C vitamini, tiamin, niasin, riboflavin, niasin, B-6 vitaminləri, B-12, A vitamini, E vitamini, K vitamini, D vitamini və s. vitaminlər var. 100 qram əncir, 74 kcalori enerjiyə bərabərdir. Əncirin tərkibində xolesterol və kafein yoxdur.

Əncir, təzyiqi olan insanlara rahatlıq verir. Bununla yanaşı, əncirdə serotonin istehsal edən B6 vitamini olduğu üçün xolestrolu azaldır və ruh halını yüksəldir.

Əncir toxluq yaradır və qəbizliyi aradan qaldırır. Əncir sümük sağlamlığı üçün də əhəmiyyətlidir. Sümük parçalanmasını azaldan bu meyvə qan azlığı üçün də faydalıdır.

"Quru əncirdə hemoqlabinin önəmli tərkibi olan dəmir var. Qurudulmuş əncir hemoqlabini artırır. Böyüməyə başlayan yeniyetmələr, uşaqlar və hamilə qadınlar daim əncir qəbul etməlidir. Əgər xəstəsinizsə və ya əməliyyat olunmusunuzsa, bədəninizdəki dəmir səviyyəsini artırmaq üçün əncir yeməlisiniz.

Əncir, qanda triqliserit səviyyəsini azaldır. Triqliserit, qanda ürək xəstəliyinə səbəb olan yağ hissəcikləridir. Əncirin tərkibində ürək çatışmazlığı riskini azaldan fenollar, omega-3 və omega-6 yağ turşuları var" - deyə S.Quliyev bildirib.

Mütəxəssis əlavə edib ki, əncir qadınları süd vəzisi xərçəngindən qoruyur. Yeniyetməlik dövründə çoxlu əncir yeyən qadınlarda süd vəzisi xərçəngi 24 faiz daha az müşahidə edilir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »