Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bazar ertəsi sindromunun əlamətləri hansılardır...
Bazar ertəsi sindromunun əlamətləri hansılardır...

Yenə iş həftəsi başladı. Yorğunluq, yuxusuzluq, halsızlıq, işləməyə həvəsin olmaması... Bu siptomların nəticəsi psixologiyada bazar ertəsi sindromu adlanır. Əslində isə, bu hal yorğun iş həftəsindən sonra tətilin qısa olmasından qaynaqlanır.

Müasir cəmiyyətlərdə işləyən insanların sayı artdıqca bu problem, bazarertəsi sindromu olaarq qəbul edilir və insanların çoxuna təsir edir.

Psixoloq Leyla Zamanın sözlərinə görə, bazar ertəsi sindromu uşaqlıqdan başlayan bir problemdir.

"Bu problemin digər adı bazar axşamı sindromudur. Bazar ertəsi məktəbə gedən uşaqlarda tapşırıqlar, imtahanlar məktəbindan narazı olan uşaqların məktəb stresindən qaynaqlanır. Bu vəziyyət böyüklərdə iş həyatında işindən razı olmayan insanlara daha çox təsir edir. Bununla yanaşı, bazar ertəsi sindromu həftənin şəxsə nə gətirəcəyini bilməməsi səbəbindən də meydana gələ bilər. Bazar ertəsi sindromu bütün cəmiyyətə təsir edən bir vəziyyətdir. Bazar ertəsi sindromunun əlamətləri çərşənbə axşamı və çərşənbə günündə azalmağa başlayır".

Mütəxəssis qeyd edir ki, bazar ertəsi sindromu psixoloji problem deyil, sadəcə duyğu dəyişkənliyidir. Bu problemi şəxs özü də həll edə bilər. Bu sindrom depresiya ilə qarışdırılmamalıdır.

Bazar ertəsi sindromunun əlamətləri hər zaman və hər kəsdə eyni olmur. Daim yuxulu hissetmə, yorğunluq, işlə bağlı mənfi düşüncələr, işə getmək istəməmək, iş olan diqqətin azlığı, qərar verməkdə sıxıntı çəkmək, uyğunlaşa bilməmək bazar ertəsi sindromunun əlamətləridir.

Psixoloq qeyd edir ki, bazar ertəsi sindromunun əlamətləri bazar günü axşamdan başlayır. Bu vəziyyət qadınlara daha çox təsir edir. İşləyən insanlar bazar günü istirahət edə bilmədikləri təqdirdə bu sindrom meydana gəlir. Bazar ertəsi sindromunun əlamətlərini azaltmaq üçün bazar ertəsi önəmli qərarlar verməmək, bazar ertəsinin işlərini digər günlər arasında bölmək və mümkün olduğu qədər iş arasında 15-20 dəqiqə fasilələr vermək lazımdır.

Şənbə günü axşam gec yatmaq, bazar günü gecə yuxudan durmaq gün rejimini pozur. Buna görə də həftə sonu eyni saatda yatıb-durmaq bazarertəsi sindromunun qarşısını almağa yardımçı olur. Həftəsonu idmanla məşğul olmaq çox faydalıdır. Səhər saatlarında piyada gəzmək, təmiz havanı hiss etmək bazarertəsi sindromunun əlamətlərini azaldacaq.

Günəş işığı 24 saatlıq enerji ritminin qorunmasına və yuxu gətirən, qaranlıqda meydana çıxan melatonin hormonunun azalmasına kömək edir.

"Həftəsonu spirtli içki qəbul etmək, yuxu keyfiyyətini pozur. Səhərlər kofe içmək isə oyanmağa kömək edir. Ancaq gün boyu kofe içmək bu vəziyyəti poza bilər. Xüsusilə, günortadan sonra içilən kofe gecə yuxusunun keyfiyyətini pozur. Bütün bunları nəzərə alaraq bazarertəsi sindromununun qarşısını almaq olar."

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »