Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ənvər Paşanın şəhadəti qəlbimi nə qədər incitdisə, Azərbaycanın istilası ondan çox incitdi"
"Ənvər Paşanın şəhadəti qəlbimi nə qədər incitdisə, Azərbaycanın istilası ondan çox incitdi"

Qardaşı Ənvər Paşanın təlimatı ilə 28 yaşı olarkən 12 minlik Qafqaz İslam Ordusuna rəhbərlik edərək, Bakını erməni qrupları və boşlevik birliklərindən xilas edən Bakı Fatehi Nuri Paşanı Azərbaycanlılar böyük sevgi və hörmətlə xatırlayırlar.

1918-ci il sentyabrın 15 -də Qafqaz İslam Ordusunun komandiri Nuri Paşa, Bakını erməni-boşlevik qruplaşmalarından təmizləyib.

Nuri Paşa 1890-cı ildə Manastrda doğulub. Təhsilini burada alan Nuri Paşa 1909 Manastr Hərbi məktəbini baş leytenant rütbəsi ilə bitirir. Balkan yarımadasında müxtəlif bölgələrdə xidmətdə olan Nuri Paşa 1911-ci ildə Trablusgarp Müharibəsində də iştirak edib.

Azərbaycan və Dağıstan Osmanlıdan yarım istədiyi zaman Ənvər Paşa qurduğu Qafqaz İslam Ordusunun rəhbərliyinə qardaşı Nuri Paşanı gətirir. 25 may 1918-ci ildə Gəncəyə daxil olan Nuri Paşanın ordusuna Azərbaycan korpusundan 1000 nəfər qatılır. Ordu Göyçay, Salyan, Ağsu və Kürdəmiri bolşevik-erməni qruplaşmalarından təmizləyir. Sentyabrın 15-də Bakı şəhəri də erməniərdən təmizlənir və bu zaman Qafqaz İslam Ordusu 1130 nəfər şəhid verir.

"Bakı Fatehi" adlandırlan Nuri Paşa, getdiyi hər yerdə hörmətlə qarşılanırdı. Azərbaycanlılar, xilaskarlarını evlərində qonaq etməyə çalışırdılar. Nuri Paşanın qərargahı Bakının Qobu qəsəbəsində yüksəklikdə yerləşən bir evdə idi. Paşa burada müharibə planları hazırlayır və Bakıya gələn yolu nəzarətdə saxlayırdı.

Nuri Paşanın qərargahı Bakının Qobu qəsəbəsi Nuri Paşanın qərargahı, Bakı, Qobu qəsəbəsi

Bakıda coşğuyla qarşılanan Paşa, Təzə Pir məscidində minbərə çıxaraq xalqa müraciət edir. Hazırda həmin minbər "Nuri Paşa minbəri" adlanır və iddiaya görə bu gün də qorunur.

Mondros razılaşmasından sonra Qafqaz İslam Ordusu Bakını tərk edir. Bu zaman Nuri Paşa ingilislər tərəfindən Batumda həbs edilir. 1919-cu ilin avqustun 8-də Nuri Paşa mühakimə edilməyə aparılan zaman Qafqazlıların yardımı ilə həbsdən qaçır.

Bakının sonradan bolşeviklər tərəfindən işğal edilməsi Nuri Paşaya çox pis təsir edir. Tarixi mənbələrə görə, Nuri Paşa Azərbaycanın boşleviklər tərəfindən işğalını özü üçün böyük kədər adlandırıb:

"Qardaşım Ənvər Paşanın şəhid olması qəlbimi nə qədər incitdisə, Azərbaycanın istilası ürəyimi ondan çox incitdi. Qardaşım bir insan idi, fani idi, ancaq Azərbaycandakı Türklük əbədidir. Kaş öləydim, amma Azərbaycan Türklükdən xaricdə qalmayaydı"...

Hərbçilik həyatı qəhrəmanlıqlarla keçən Nuri Paşa, sonradan silah sənayesi ilə məşğul olmağa başlayır. Sütlücədə bir fabriki alır və ordu üçün silah-sursat istehsal etməyə başlayır. Burada "Nuri Tapançası" adlanan Türkiyənin ilk 9 millimetrlik silahı istehsal edilir.

1944-cü ilin sonlarında müharibədə Almaniyanın məğlub olduğu müəyyən olduğu zaman İsmət İnönü və Türkiyə Cumhuriyyəti, Almaniyanı dəstəkləyənlərə qarşı sərt tədbirlər görməyə başladı. 1949-cu ilin martın 2-də axşam 17:10-da silah fabrikində ard-arda 3 partlayış baş verir. İlk partlayış laboratoriyada baş vermişdi. Oradan silah anbarına sıçrayan alov, silah-sursatın partlamasına yol açmışdı. Fabrik nəzarət altına alındı və Daxili İşlər Naziri işi araşdırmaq üçün özü Ankaradan İstanbula gəldi. Partlayışlar zamanı, Nuri Paşa Kıllıgil də daxil olmaqla 27 nəfər dünyasını dəyişmişdi. Ancaq Nuri Paşanın cəsədi tapılmadı və əvəzinə boş tabut dəfn edildi. Partlayışların kim tərəfindən həyata keçirildiyi isə naməlum qaldı. Bir çoxları həmin dövrdə hadisənin siyasi təxribat olduğuna inanırdı. Bəziləri isə hadisənin ört-basdır edildiyini iddia edirdi.

Nuri Paşanın məzarı Nuri Paşanın məzarı

Nuri Paşanın simvolik məzarı İstanbulda Ədirnəqapı məzarlığındadır.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »