Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artırılan pensiya yaşı, qəbirstanlıq daşlarından boylanan 30-50 yaşlı insan şəkilləri…
Artırılan pensiya yaşı, qəbirstanlıq daşlarından boylanan 30-50 yaşlı insan şəkilləri…

3,5 ildə pensiyaçıların sayı ümumilikdə 100 min azalıb

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla da Azərbaycanda 1 iyul 2020 – 30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il olub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda bu ilin əvvəlində 1228,8 min pensiyaçı, lakin 2017-ci il iyulun 1-nə olan məlumatda isə Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçının qeydiyyatda olduğu bildirilir. Rəsmi açıqlamaya görə, ötən 3,5 ildə pensiyaçıların sayı ümumilikdə 100 min azalıb. Üstəlik, əmək pensiyaçılarının sayında da azalma var. 3,5 il əvvəl 1328,4 minin 59,4 faizi yaşa görə pensiyaçıların payına düşüb.3,5 il sonra isə 1228,8 minin cəmi 58,3 faizi yaşa görə pensiyaya çıxanlar idi.

3,723 milyon nəfər əhalisi olan qonşu ölkə Gürcüstanda isə 2021-ci ilin əvvəlinə olan vəziyyətə görə 932 min nəfər pensiyaçı olub. Yəni, Gürcüstan hökuməti əhalinin 25%-nə pensiya verir. Bu da o deməkdir ki, 2017-2020-ci illər arası dövrdə pensiyaçıların sayı Gürcüstanda 6% artıb.

Bəs necə olur ki, çox az sərvət imkanları ilə Gürcüstan hökuməti öz əhalisinin 25%-nə pensiya verə bilir? Axı Azərbaycanın qonşu ölkədən nəyi əskikdir?

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bizdə təqaüd yaşının artırılması ciddi etirazlara səbəb olmadı, amma əksinə olmalı idi.

“Dünyada təqaüd yaşının artırılmasınin hər ölkə üçün öz alqoritmi və səbəbləri var. Məsələn, Avropa ölkələrində bir neçə il bundan öncə pensiya yaş həddi ilə bağlı qərarlar verilərkən, cəmiyyət tərəfindən ciddi müqavimətlə qarşılandı. İnsanlar pensiya yaşının artırılmasına etiraz etdilər. Amma burada bir məntiq var idi. Çünki Avropa əhalisi qocalır. Yəni təbii artım çox aşağı səviyyədədir. Burada pensiya yaşını artırmaqla, boş qala biləcək iş yerlərində təqaüd yaşının artırılması hesabına insanların daha çox çalışması üçün hüquqi baza yaradırdılar.

Qərb ölkələrində də buna bənzər addımların atılması sırf demoqrafiq basqı ilə əlaqədar idi. Azərbaycanda isə belə bir demoqrafik basqı yoxdur. Azərbaycanın niyə bu dünyada gedən trendə qoşulması və təqaüd yaşını artırmaqla bağlı qərar verməsi məlum deyil. Çünki Azərbaycanda gənc nüfuzun işsizliyi ilə bağlı kifayət qədər ciddi problemlər var.

Qəribəsi ondadır ki, pensiya yaşının artırılması bizdə etirazla qarşılanmadı və əksinə bir çox hallarda işləyən yaşlı insanlar bu xəbərə sevindilər. Bunun da çox sadə səbəbi var. Azərbaycanda 1 350 000- ə yaxın təqaüdçü var. Bunun 900.000- ə yaxını minimum və yaxud minimuma yaxın təqaüd alır. Bu da dolanışıq üçün yetərli deyil. Amma çalışarkən, daha yüksək maaş alırlar və müəyyən qazanc imkanları olur. Ona görə də insanlar təqaüdə çıxmağa tələsmirlər.

Məsələn, Fransada təqaüd yaşını artırmağa cəhd etdilər və bir ilə yaxın ciddi etirazlar oldu. Çünki orada təqaüd çox yüksəkdir. İnsanlar istəyirlər ki, 60 yaşında təqaüdə çıxıb, dünyanı gəzsinlər.

Amma bizdə vəziyyət fərqlidir. Təqaüd yaşının artırılması ciddi etirazlara səbəb olmadı.

İnsanlar normal təqüd alsaydılar, normal dolanışıq səviyyəsini təmin edəcəklərini bilsəydilər niyə istəsinlər ki, 65 yaşa kimi işləməyi. 60 yaxında pensiyaya çıxıb, qalan ömrünü ailələrinə ayırmağı düşünərdilər”.

Leyla Mirzə

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »