Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Futbolçular düşündüyümdən daha yaxşı oynadılar"
Qurban Qurbanov: "Futbolçular düşündüyümdən daha yaxşı oynadılar"

"Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın III tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, çempionatda fasilənin yaranması futbolçunun formasına təsir edir: "Çoxdandır birlikdə oynamamışdılar. Bu gün qərar verdim ki, onlar birlikdə olsun. İstər-istəməz yorğunçuluq olur. Oyunçular matçdan əvvəl bir dəfə normal məşq etmişdilər".

Qurbanov Konfrans Liqasının I turunda Bakıda qarşılaşacaqları İsveçrə "Bazel"i ilə oyun haqqında da danışıb: "Bazel"lə oyunda futbolçular daha yaxşı ola bilər. Bu gün meydança ağır idi. Bu məni bir az narahat edir".

Təcrübəli baş məşqçi rəqibin görüşün sonlarında daha çox irəli atıldığını əlavə edib: "Əks hücumçulara çıxsaq da, sonluq yaxşı alınmadı. Toral Bayramov yorulmuşdu, ona görə narahat oldum. Çatışmazlıqlar var. Səhvlər olanda bəzən sevindirici olur. Belə olan futbolçuları ələ almaq mümkündür".

Mütəxəssis iki qol vuran İbrahima Vadji haqqında bunları diqqətə çatdırıb: "O, fərqli çempionatdan gəlib. Çox istəkli futbolçudur. Meydanda sonadək mübarizə aparır. Ona alqış düşür. "Neftçi"nin müdafiəsini təzyiqdə saxladı. Məşqlərdə çox istəklidir. Bəzi çatışmayan cəhətləri var. Ustalıq səviyyəsini daha da yaxşıllaşdıracağına inanıram".

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »