Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 13 sentyabr, 2021-ci il – İşlərinizi arzuladığınız nəticələrə daşıya bilərsiniz
Ulduz falı: 13 sentyabr, 2021-ci il – İşlərinizi arzuladığınız nəticələrə daşıya bilərsiniz

Bizimyol.info 13 sentyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Yeni və qeyri-adi bir sahədə yola çıxmaq üçün əlverişli və maraqlı bir gündür. Hədəflərinizi və dünyaya baxışlarınızı bölüşən insanlarla birgə hərəkətlər barədə razılığa gəlmək üçün köməkçilər və müttəfiqlər tapmaq asan olacaq. İşgüzar danışıqlar apara, uzunmüddətli planları müzakirə edə bilərsiniz. Yeni fikirlər mütləq ortaya çıxacaq. Şəxsi münasibətlərdə müsbət meyllərin təsiri də aşkar şəkildə nəzərə çarpacaq. Sevdiklərinizlə ünsiyyət yaxşı əhval qazandıracaq, qarşılıqlı ittihamlar üçün heç bir səbəb olmayacaq. Günortadan sonra yaxınlaşmağa can atdığınız bir adamla görüşmək fürsəti yaxalayacaqsınız.

Qoç - Səhər həyəcanlanmamaq və təxribatlara boyun əyməmək çətin olacaq. Dyğusal ab-hava qeyri-sabit olacaq, əhvalınız tez-tez dəyişəcək. Bir çoxları üçün bu, diqqət tələb edən məsələlərin öhdəsindən gəlməyi əngəlləyən bir vəziyyətdir. Sizə kömək edə biləcək birini düşünün. Yaxınlıqda narahatlığınızın bir hissəsini məmnuniyyətlə öz üzərinə qəbul edəcək adam mütləq var. Günortadan sonra xeyirli və düşərli zaman kəsimidir. Təşkilati məsələləri həll etmək üçün uyğundur. Hamı görəcək ki, nəinki təkbaşına hərəkət edə, həm də başqalarına rəhbərlik edə bilərsiniz.

Buğa - Gözəl gün təxmin edilir. Çətin ki, böyük qələbələrlə yaddaşlara yazılsın, amma ümumilikdə yaxşı olacaq. Artıq çox güc xərclədiyiniz işləri arzuladığınız nəticələrə daşıya bilərsiniz. Çox vaxt bu düşündüyünüzdən daha asan olacaq. İş haqqında danışmaq üçün əlverişli gündür. Bunlar həm rəsmi şəraitdə, həm də qeyri-rəsmi şəraitdə aparıla bilər. Hər halda nəticədən razı qalacaqsınız. Köhnə tanışlarla gözlənilməz görüşlər, son vaxtlar çoxdan darıxdığınız insanların sizi ziyarət etmələri mümkündür. Qonaqlar əliboş gəlməyəcəklər: hədiyyələr gətirəcəklər və ya bir zamanlar sizdən götürdükləri borcu geri qaytaracaqlar.

Əkizlər - Gün çətinliklər gətirə bilər, ancaq əhvalınızı korlamayacaq və məqsədinizə çatmağınıza mane olmayacaq. İstənilən maneəni dəf edə bilərsiniz. Çox vaxt ixtiraçılıq və problemlərə qeyri-standart bir baxış bucağınız bu işdə kömək edir. Başqalarının diqqət yetirmədiyi imkanları görürsünüz və nəticəsi də parlaq olur. Gün vacib söhbətlərə imkan verəcək. Çətin mövzuları müzakirə edə, əvvəllər bir çox fikir ayrılığına səbəb olan məsələlərə toxuna bilərsiniz. Küskünlükdən və qarşılıqlı narazılıqdan qaçmağı bacaracaqsınız.

Xərçəng – Uğur və məhsuldarlıqla xatırlanacaq bir gündür. Demək olar ki, götürdüyünüz hər işdə böyük bacarıq sərgiləyəcəksiniz. Ancaq çətin işləri uzun müddət təxirə salmamaq daha yaxşıdır: günün ilk yarısı belə işlər üçün ikincisindən daha uyğundur. Qeyri-adi görüşlər və tanışlıqlar mümkündür ki, bu da peşəkar baxımdan çox faydalı olacaq. Günortadan sonra maliyyə işlərində diqqətli olmalısınız. İsrafçılığa meyllisiniz, xırda şeylərlə bağlı bədxərclik edə bilərsiniz. Ailənizdə xoş hadisələr, yaxınlarınızdan biri ilə bağlı yaxşı xəbər ehtimal edilir.

Şir – Başladığınız hər işi ciddiyə alırsınız. Çox vaxt uğur qazanmağa kömək edən də budur. Planlaşdırdığınız işlərdən əl çəkmirsiniz, əgər bir şey dərhal nəticə vermirsə, özünüzə güvənməyə davam edirsiniz və nəticəni bəxtəin ümidinə buraxmırsınız. Bu cəhətlərinizə görə də bu gün maraqlı iş təklifləri almağınız mümkündür, karyeranız üçün əhəmiyyətli olacaq uzunmüddətli əməkdaşlığın başlanğıcı qoyula bilər. Sevdiyiniz insanla ünsiyyət zamanı tamamilə açıq danışa bilərsiniz: bütün sirləri bölüşün, ruhunuzdakıları söyləyin. Keçmişin bəzi qeyri-müəyyən vəziyyətlərini ayırd edə, hansı səhvlər etdiyinizi və onları necə düzəldə biləcəyinizi anlayacaqsınız.

Qız – Uğur və böyük nəticələr: Bu günün əsas yekunu bunlar olacaq. Bəxtinizə güvənmirsiniz, məqsədə çatmaq üçün əlinizdən gələni etməyə çalışırsınız. İnadkarlığınız sayəsində başqalarının uğura çata bilmədiyi vəziyyətlərdə uğur qazanacaqsınız. Peşəkar mövqelərinizi gücləndirmək üçün bir fürsət olacaq. Bilik və istedadları üçün gözlənilməz işləm sahəsi tapıla bilər – uğur gətirəcəklər. Dostlarınızı görməyə dəyər: bu gün onlarla ünsiyyət xüsusilə xoş olacaq. Maraqlandığınız mövzularda danışa və onlardan yeni detalları öyrənə bilərsiniz. Köhnə tanışlar həm də dəyərli məsləhətlər verə bilərlər.

Tərəzi - Günün əvvəlində xoşagəlməz anlardan qaçmaq mümkün deyil. Bu zaman həmişəkindən daha tez-tez fikir ayrılıqları yaranacaq. Bəzən əvvəllər yaxşı münasibət qurduğunuz insanlarla heç cür razılığa gələ bilməyəcəksiniz. Güzəştə getməyiniz də çıxış yolu olmayacaq. Ancaq vəziyyət düzəlməyə doğru gedəcək və günün ikinci yarısı tanınmaz dərəcədə fərqli olacaq. Bütün ən vacib və ciddi işlər günün ikinci yarısına planlaşdırılmalıdır: bu zaman onların öhdəsindən gəlmək daha asan olacaq. İşlək fikirlər ortaya çıxa bilər. Onların həyata keçirilməsi sizin üçün yeni üfüqlər açacaq.

Əqrəb - İşgüzar görüşlər, karyera ilə bağlı müzakirələr aparmaq, əməkdaşlıq şərtlərini müzakirə etmək üçün əla vaxtdır. Planlarınıza təsir edəcək gözlənilməz xəbərlər ola bilər. Risk etməyə hazırsınız və hissiyatınız bunu nə vaxt edəcəyinizi və nə vaxt diqqətli olmalı olduğunuzu açıq şəkildə söyləyəcək. Gün ailə tədbirləri, dostlarla görüşlər və köhnə tanışlarla yaxınlıq üçün əlverişlidir. Çox xoş söhbətlər olacaq - çox da vacib deyillər, amma ruhlandıracaqlar.

Oxatan - İşləri sonraya buraxmayın. Günün başlanğıcı çox əlverişlidir, bunu fürsət kimi dəyərləndirin - həm iş, həm də şəxsi planların həyata keçirilməsi üçün bundan yararlanmağa dəyər. Tale sizin tərəfinizdədir, çox vaxt bəxtiniz gətirəcək. Başqalarının gücü çatmayan işləri müdrikcəsinə yoluna qoyacaqsınız. Günortadan sonra da xeyirli olacaq, amma daha sakit və qəti hərəkətlərdən daha çox istirahət və düşünmək üçün uyğundur. Planlaşdırılmayan, amma uğurlu alışlar mümkündür. Sizi uzun müddət sevindirəcək qeyri-adi şeylər seçə biləcəksiniz.

Oğlaq - Gün maraqlı fikirlər, təhsil, biznes və ya karyera ilə bağlı yeni planlar gətirəcək. Bu gün alınan məlumatlar gələcək planlarınızı təyin etməyə, yaxın gələcəkdə nələrə diqqət etməli olduğunuzu anlamağa kömək edəcək. Seçiminizə heç kim təsir edə bilməz. Kənardan gələn məsləhətlərdən daha çox öz sağlam düşüncənizə güvənəcəksiniz və düz də edəcəksiniz. Evdə gözlənilməz xoş hadisələr, yaxınlarınızdan biri ilə bağlı xoş xəbərlər ola bilər. Bir çox fikir ayrılıqlarının üstündən qalın bir xətt çəkə bilərsiniz, yaxınlarınızla münasibətlər daha isti və daha ürəkaçan olacaq.

Dolça - Xoş xəbərlərlə dolu bir gün var qarşınızda. Gözləmədiyiniz insanlarla münasibətlərdən də zövq alacaqsınız. Həyat hər anlamda gözəl görünəcək. Hədiyyələr ala bilərsiniz. Yeni işlərə qoşulmağınız da mümkündür. Vaxt ayırsanız və daha təcrübəli olanlardan öyrənməyə çalışsanız, yeni səyləriniz böyük uğurlar gətirəcək. Amma təlimatlara, monoton hərəkətlərə ciddi riayət edilməsini tələb etməyən fəaliyyətləri seçin. Hər hansı bir yaradıcılıq fəaliyyəti daha xoş və maraqlı olacaq.

Balıq - Diqqətli olmağınızı şərt olaraq qoyan bir gündür. Bu, həm sizin, həm də yaxınlarınızın həyatını çətinləşdirə biləcək problemlərlə üzləşməmək üçün ciddi problemlərin qarşısını alacaq. Yeni bir işə atılmazdan əvvəl güclü tərəflərinizi obyektiv qiymətləndirməyə çalışın, kimin sizə kömək edə biləcəyini düşünün. Bəzi lazımlı şeylər istisna olmaqla, alış-verişə tələsməməlisiniz. Tamamilə lazımsız bir şeyə əhəmiyyətli miqdarda bədxərclik etməyiniz mümkündür.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »