Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçrəli araşdırmaçı Moldova mediasında bizdən yazdı
İsveçrəli araşdırmaçı Moldova mediasında bizdən yazdı

Azərbaycanın Fransa və Böyük Britaniya istisna olmaqla, münaqişədə əksər Avropa ölkələrinin silahlı qüvvələrini nəzəri olaraq məğlub edə biləcək güclü ordusu var.

Bu barədə İsveçrənin məşhur internet portalı “Le Temps”də dərc olunan məqalədə deyilir. Məqalədə Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki zəfərinin yaratdığı yeni geosiyasi reallıqlar və Azərbaycan ordusunun güclü cəhətləri haqqında ətraflı məlumat verilir.

Məqalədə son illərdə Qərbin hərbi üstünlüyünə meydan oxuya biləcək yeni güc dövlətlərinin meydana çıxdığı və buna cavab olaraq Fransa ordusunun yeni bir doktrina dəsti yaratdığı vurğulanır. Azərbaycanla Ermənistan arasında müdafiə sahəsində büdcənin fərqinin həlledici olduğu, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin diapazonunun daha geniş və çevik olduğu da qeyd olunur.

Bundan başqa, Azərbaycanın uğurlarının əsasən hava hücumundan müdafiə, raketdən müdafiə və aerokosmik əsaslı kəşfiyyat və müşahidə sistemlərini birləşdirən müasir şəbəkəli komanda-idarəetmə quruluşu sayəsində əldə edildiyi vurğulanır. Bu da öz növbəsində fərqli əməliyyatlarda (kəşfiyyat və müşahidə, taktiki bombardman, quru qüvvələrinə dəstək) müxtəlif tipli pilotsuz uçuş aparatlarının (taktiki, strateji və s.) səmərəli və rasional şəkildə istifadəsinə imkan yaradıb.

Məqalədə qeyd edilir ki, hava zərbələri müharibə dövründə həlledici olub və bu tip zərbələrdə İHA -lar döyüş təyyarələrindən daha önəmli idi. Müharibənin ilk günlərindən düşmənin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsinin Azərbaycan Silahlı Qüvvələri üçün prioritet olduğunu vurğulayan müəlliflər, həmçinin Ermənistan tərəfinin hava hücumundan müdafiə sistemlərinin zəif olduğunu və erməni birləşmələrinin çox tezliklə hava hücumlarına qarşı müdafiəsiz qaldığını qeyd edib.

Araşdırmaçı müəlliflər qeyd ediblər ki, erməni tərəfinin komandanlıq və idarəetmə qabiliyyətlərinin səmərəsizliyi qərarvermə prosesində də çatışmazlıqları üzə çıxarıb. Müharibədə erməni qüvvələrinin yüzlərlə silah, hərbi texnika, maşın və tank olmaqla itkilərinin böyük olduğu qeyd olunub.

Məqalədə bildirilib ki, Qərb dövlətləri artıq yüksək texnologiyalı silahlardan yeganə istifadəçilər deyil, Azərbaycanın bir sıra Avropa İttifaqı ölkələrindən daha geniş miqyaslı əməliyyatlara cavab verə biləcək hərbi imkanları var. Azərbaycanın Fransa və Böyük Britaniya istisna olmaqla, münaqişədə əksər Avropa ölkələrinin silahlı qüvvələrini nəzəri olaraq məğlub edə biləcək qüdrətli ordusunun olduğu vurğulanır.

Bizimyol.info

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »