Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: "Pəncşir müqavimət cəbhəsinin lideri Əfqanıstanı tərk etməyib"
KİV: "Pəncşir müqavimət cəbhəsinin lideri Əfqanıstanı tərk etməyib"

Əfqanıstanın Pəncşir müqavimət cəbhəsinin lideri Əhməd Məsud Əfqanıstanı tərk etməyib.

"Report" xəbər verir ki, bu barədə İranın "FarsNews" agentliyi məlumat yayıb.

Məlumata görə, Məsud təhlükəsiz bir yerdədir və onun Əfqanıstanı tərk etməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil.

Bundan bir gün əvvəl yerli “Afghanistan Times” qəzeti Pəncşirin üç rayonunun “radikallar”dan geri alındığı barədə məlumat yayıb.

Qeyd edək ki, avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani səlahiyyətlərini təhvil verərək ölkəni tərk edib və “taliblər” döyüşsüz Kabilə giriblər. Lakin radikallarının hakimiyyəti ilə razılaşmayanlar Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil ediblər.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »