Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Akar: “Bu ilin əvvəlindən etibarən 1926 terrorçu zərərsizləşdirilib”
Hulusi Akar: “Bu ilin əvvəlindən etibarən 1926 terrorçu zərərsizləşdirilib”

Bu ilin əvvəlindən etibarən Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında, eləcə də ölkədaxili əməliyyatlarda ümumilikdə 1926 terrorçu zərərsizləşdirilib.

Bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya sərhəddini ziyarət edərkən bildirib.

Sentyabrın 11-i terrorçuların hücumu zamanı yaralanan əsgərlərin ikisinin vəziyyətlərinin qənaətbəxş olduğunu, digər birinin isə əməliyyat ediləcəyini qeyd edən nazir deyib:

“Terrorla mübarizəmiz davam edəcək. Səbir, əzm və qətiyyətlə bu mübarizəyə davam edəcəyik. Sərhədlərimizin cənubunda nə cür adlandırılmasına baxmayaraq, hər hansı bir quruluşun fəaliyyətinə icazə verməyəcəyik”.(oxu.az)

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »