Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun yeni Mu variantının əlamətləri
Koronavirusun yeni Mu variantının əlamətləri

Koronavirusun yeni Mu variantı, keçən həftə Ümumdünya Səhiyyə Təşkilatının müşahidə siyahısına əlavə edilib.

B.1.621 olaraq tanınan Mu variantı Türkiyə də daxil olmaqla artıq dünyanın 40 ölkəsində müşahidə edilib. ÜST -ün məlumatına görə, Mu variantı, Cənubi Afrikada aşkarlanan Beta variantına oxşar formada immunitet müqavimətindən yayına bilir. Ancaq bunu tam olaraq müəyyən etmək üçün Mu variantını araşdırmaq lazımdır.

Qeyd edək ki, Mu variantı ilk dəfə yanvar ayında Kolumbiyada aşkar edilib. Bundan sonra bütün dünyada Mu faktları müşahidə edilib. Cənubi Amerika, İngiltərə, Avropa, ABŞ və Honk Konqda faktlar aşkarlanıb.

ÜST-ün məlumatıan görə, Mu variantı hələ ki, bütün dünyada olan koronavirus faktlarının 0,1 faizindən daha azını təşkil edir. Kolumbiya və Ekvadorda isə koronavirus faktlarının 39 və 13 faizini təşkil edir.

Elm adamları Mu variantını delta variantı ilə müqayisə edir və hansısının daha ciddi xəstəliklərə səbəb olduğunu araşdırır;

  • Birləşmiş Krallıqda bu günə qədər 32 Mu variantına yoluxma qeydə alınıb. Məlumata görə, Mu testi pozitiv olanların çoxu birinci və ikinci doza vaksin vurulmuş insanlardır.
  • Mu variantı, Amerikada da aşkarlanıb. Belə ki, Mayami universitetinin araşdırmasına görə, aşkarlanan faktların 10 faizini Mu variantı təşkil edir.
  • Belçikada isə qocalar evində yaşayan və peyvənd olunmuş 7 nəfərin Mu varinatından öldüyü məlum olub.

Xatırladaq ki, Mu variantı ilk dəfə iyul ayında araşdırılmaqda olan variantlar siyahısına əlavə edilib. Alfa və Beta variantları qədər təhlükəli olmasa da, vaksinə qarşı müqavimətli olması isə daha yeni müəyyən edilib. Mu variantının təhlükəli olması, daşıdığı müəyyən mutasiyalardan qaynaqlanır. Belə ki, P681H mutasiyası Alfa variantında da var və daha sürətli yayılır. E484K və K417N daxil olmaqla digər mutasiyalar virusun immun sistemin müqavimətini çökdürmə gücünə malik olduğunu sübut edir.

Qeyd edək ki, bu günə qədər koronavirusun Alfa, Beta, Qama və Delta variantları aşkar edilmişdi. Mu variantı isə daha əvvəl "yaxından müşahidə edilməsi lazım olan" variantlar arasında idi. Bu kateqoriyada Eta, Lota, Kappa və Lambda adlı variantlar da var.

Mütəxəssislərə görə, koronavirusun hüceyrələrə yapışdığı tikan kimi olan protein tərkibində dəyişikliklər meydana gəlir. Bu dəyişikliklər virusun öz bənzərini yaradarkən genetik kodunda xətaların olması ilə meydana gəlir. Bu xətalardan bəzisi başqa bir variant formasında meydana gəlir.

Koronavirusun genetik kodları DNK deyil, RNA olaraq tanınan tək sıra üzərində bir sıra olaraq kodlandığı üçün bənzərini yaratma prosesində daha çox xətalar meydana gəlir. Bu səbəbdən də daha çox variant yaranır.

Mu variantının digər variantlardan fərqi nədir? Hansı əlamətləri var?

Mütəxəssislərə görə, Mu variantında yüksək hərarət, öskürək spazmları və dad-və qoxunun itməsi müşahidə edilir. Yəni Mu variantının digər varinatlarla əlamət olaraq heç bir fərqi yoxdur.

Azərbaycanda isə, hələ ki, koronavirusun yeni ştammı ("Mu") aşkar edilməyib. Qeyd eədk ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev yerli KİV-ə açıqlamasında bildirib. O, qeyd edib ki, ölkəyə xaricdən daxil olan, ölkə ərazisində "cluster" tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr daimi toplanılır və analiz edilir. Türkiyədə isə, koronavirusun "Mu" ştammına iki yoluxma hadisəsi qeydə alınıb.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »