Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qırx yaş sindromu kişilərdə sırf psixoloji problemdir"
"Qırx yaş sindromu kişilərdə sırf psixoloji problemdir"

"Qırx yaş sindromu" bu gün bir çox qadın və kişidə müşahidə edilən psxioloji bir problemdir.

Sosial problemlər, iqtisadi sıxıntılar, arzuların reallaşmaması və yaşın orta həddə çatması insanlarda psxioloji problemə səbəb olur. "Bu yaşa çatdın, heç nə edə bilmədin", "40 yaşın var, evin-maşının yoxdur", "40 yaşın var, sevgilin yoxdur" və s. bu kimi ittihamlar qadın və kişiləri depressiyaya salır.

40 yaş sindromu daha çox kişilərdə müşahidə edilir.

Psixoloq Leyla Zamanla bu dəfə 40 yaş sindromu haqqında danışdıq. Psixoloq bildirir ki, 40 yaşlı kişilərdə qeyri-adi davranışlar müşahidə edilə bilər. Bu sindrom, heç nə əldə edə bilməyən və 40 yaşa qədər hər şey əldə edə bilən kişilərdə müxtəlif şəkildə özünü biruzə edir.

"Bəzi kişilər hər şey əldə edib həyatdan doyduqları üçün, bəziləri isə bu yaşa qədər heç nə əldə edə bilməmələri səbəbindən depresiyaya düşür. Bioloji olaraq 40 yaşında kişilərin sadəcə saçları ağarmağa başlayır. Yəni qadınlarda klimaks adlanan dövrdə müşahidə edilən hormonal dəyişikliklər kişilərdə müşahidə edilmir. Kişilərdə müşahidə edilən sırf psixoloji problemdir.

Cavan olma arzusu, saç boyatma, özünə qulluq etmə, estetik əməliyyat etdirmək istəyi, saçlarda tökülmə varsa saç əkdirmə, yeni dəbli geyimlər, gənclərlə münasibətlər, ailə və evdən uzaqlaşma kimi əlamətləri olan 40 yaş sindromu, əslində kişi üçün ağır bir dövrdür.

Eyni zamanda cinsi hisslərin azalması, bədənlə birlikdə beynin də yaşlanması, özünü sübut etməyə çalışmaq, yeni hobbilər etmək sindromun əlamətləridir. Kişilər üçün seks gücü, həyatdakı gücünün simvoludur. Yəni cinsi istək azaldığı və iqtidarsızlıq başladığı zaman, kişi bunu qəbul etməməyə və özünü sübut etməyə çalışır" - deyə psixoloq qeyd edir.

Psixoloqun sözlərinə görə, 40 yaşından sonra müşahidə edilən bu hal 45-50 yaşına qədər davam edir. Psixoloqun fikrincə, 40 yaş sindromu zamanı kişilər, həyatın bitməsinə çox az qaldığını və "ya indi ya da heç vaxt" düşüncəsinə qapılaraq ağlasığmaz addımlar ata bilir.

"Bəzi ailəli kişilər olur ki, bu dönəmdə özlərindən çox gənc qızlarla münasibət qurmağa çalışır və ya qururlar. 40 yaşlı evli bir kişi 20-30 yaşlı bir qızla münasibət qurursa, düşünməlidir ki, niyə mən? Siz həmin qadına ailə vəd etmirsiniz, yəni onunla ailə qurmayacaqsınız. Belə olan təqdirdə, qadın sizin yanınızda ancaq maddi tələbatını ödəmək üçündür. Onun qarşısına sizdən yaxşısı çıxan kimi sizdən gedəcək. Əgər ailənizi dağıdıb, onunla ailə quracaqsınızsa, bu da müvəqqəti olacaq" - deyən psixoloq, həqiqətin acı olduğunu da vurğulayır.

Buna görə də, hər bir kişi yaşının bu dövründə özündə bu kimi əlamətləri hiss edirsə mütləq bir mütəxəssisə müraciət etməlidir. Əks təqdirdə, yaş irəlilədikcə bu problem də arta bilər.

"Bu problemi yaşamamaq üçün özünü və ətrafını olduğu kimi qəbul etmək, mütəmadi olaraq idmanla məşğul olmaq, stressdən uzaq olmaq, yaxşı qidalanmaq, iş səviyyəsini azaltmaq, tez-tez tətil etmək, kitab oxumaq, musiqi dinləmək, rəsim və ya əl sənətləri ilə məşğul olmaq lazımdır" - deyə psixoloq bildirir.

L.Zaman hesab edir ki, bu dövrdə qadınlar da öz həyat yoldaşlarına qarşı çox diqqətli olmağa çalışmalıdır:

"Aqressiv, başa düşməyən, ərini tərifləməyən, yaşamağa həvəsləndirməyən qadın, həyat yoldaşını bu dönəmdə itirə bilər. Yəni bütün günahlar kişidə deyil. Qadın da həyat yoldaşına dəstək olmalıdır" - deyə L.Zaman bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »