Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
"Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"

Payızın gəlməsinə sayılı günlər qalır. Artıq yay geyimlərinin dolablardan yığılması zamanıdır.

Çox zaman yayda geyiminə diqqət yetirən qadınlar payızda buna önəm vermir. Əksər qadınlar payız və qış aylarında geyimlərində qara rəngə üstünlük verir. Diqqət rənglər isə ikinci planda qalır.

Payızda necə geyinməli, bu payızın dəbi nədir? Bu dəfə bu suallara cavab tapacağıq.

Modelyer-stilist Nigar Rüstəmova Bizimyol.info saytına açıqlamasında bildirib ki, payız qalın geyimlərin fəslidir.

"Pandemiya dövrü olduğu üçün insanlarda bir qədər ruh düşgünlüyü müşahidə edilir. Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər. Sanki insanların həvəsi, ruhu ölüb. Kim nə oldu geyinib çıxır. Belə davam etsə, "bir zamanlar moda deyilən bir məhfum vardı" deyə ah çəkəcəyik"...

Payız geyimləri haqqında müsahibimiz bildirib ki, payızda gündəlik olaraq, "vodolaskalar" müxtəlif jaket və jiletlər, gödəkçələr və s. geyinilir. Eyni zamanda yola çıxarkən özünüzlə papaq, şərf, şal və ya çətir götürməlisiniz.

"Bakının havası dəyişgəndir. Bəzən səhərlər soyuq, günortalar isti və axşamlar yenə soyuq olur. Gün boyu işdə və ya məktəbdəsinizsə, yanınızda götürəcəyiniz geyimlər köməyinizə çatacaq. Əgər yanınızda geyim götürməyə tənbəllik edirsinizsə, elə geyinin ki, geyinib çıxarmaq asan olsun. Məsələn köynək və jilet geyinsəniz, onu istədiyiniz kimi çıxarıb, geyinə bilərsiniz. Ancaq bəzi jilet və vodolaskaları yolda və ya işdə çıxarıb geyinmək olmur" - deyə stilist bildirib.

Stilist N.Rüstəmovanın sözlərinə görə, payız aylarında daha çox payız rəngləri, qızılı və tonları, qəhvəyi və tonları, sarı və tonları dəbdə olur. Bu, özünü saç rəngi də daxil olmaqla geyimlərdə biruzə edir.

"Bu il daha çox bir qədər enli, bədən cizgilərini bəlli etməyən palto və plaşlar, jaketlər dəbdədir. Məsələn bir cins şalvarla enli bir jaket hər bir qadına azadlığı və rahatlığı hiss etdirə bilər. Və yaxud dizə qədər bir nisbətən enli bir palto görünüşüzə sehr qatar." - deyən stilist bildirib ki, cins geyimlər ilindən, günündən asılı olmayaraq hər zaman dəbdədir. Buna baxmayaraq bu payız daha çox torpaq rəngli, qəhvəyi cinslərə üstünlük vermək lazımdır. Şərf, papaq, əlcək, çətir və s. bu kimi aksesuarlar isə, fərdə görə dəyişir.

"Moda hər qadının özünə yaraşanı geyinməsidir. Bəzi qaydalara əməl etməklə siz 10 il əvvəl geyindiyiniz geyimləri də bu gün rahatlıqla geyinə bilərsiniz. Məsələn; 10 il əvvəl geyindiyiniz dar paltonu, bu gün kökəlmisinizsə, geyinə bilməzsiniz və yaxud 20 yaşında geyindiyiniz eninə zolaqları olan paltarı bu gün 20 kq kökələndən sonra geyinə bilməzsiniz. Amma bəzi geyimlər var ki, onları hər zaman geyinmək olur. Enli şalvarlar və enli yun köynəklər, 100 il keçsə də dəbdən düşməyəcək" - deyə o, əlavə edib.

N.Rüstəmova qeyd edib ki, bu il hər il olduğu kimi dəri geyimlər də dəbdədir. Məsələn, diz altı-midi olan dəri ətək sizi daha cazibəli göstərə bilər.

"Əslində dəbi qadın özü yaratmalıdır. Bu gün dünyada hərhansı tanınmış modelyerin geyimini geyinib gülünc vəziyyətə də düşmək mümkündür.

Cins gödəkcələr, bu il dəbdədir. Onları istənilən hava şəraitində geyinmək olur.

Toxunma olan jaketlər, jiletlər, vodolaskalar, şərflər - hər şey bu il dəbdədir. Toxumağı bacarırsınızsa, özünüzə geyimlər toxuyun. Çünki bu il onların qiyməti də bahalı olacaq"....

Stilist qeyd edib ki, bu ilin çanta dəbləri bizi keçmişə aparacaq. Yəni əvvəllər alıb istfadə etmədiyiniz hər şeyi bu il "dəbdədir" deyə istifadə edə bilərsiniz.

Bu ilin aksesuarlarına gəldikdə isə, modelyerin fikirncə bu il 90-cı illərdə dəb olan böyük halqa sırğalar, qızılı və gümüşü zəncirlər, mirvari və ağ muncuq boyunbağılar dəbdə olacaq. Yəni bu il sizi 30 il əvvələ aparacaq. Siz qarderobunuzda qalan, zamanı keçib deyə geyinə bilmədiyiniz bütün geyimləri bu il rahatlıqla geyinə bilərsiniz.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »