Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AzTv-nın vəfat etmiş rejissoru Arzu Məmmədova barədə bacısından açıqlama
AzTv-nın vəfat etmiş rejissoru Arzu Məmmədova barədə bacısından açıqlama

Ötən ayın 23-ündə dünyasını dəyişmiş AzTv-nın rejissoru Arzu Məmmədovanın ölümü haqqında yanlış məlumatlar yayılıb.

"Ay bala, o qədər şaiyə məlumatlar gedir ki. Yazırlar; güya əri komada yatıb. Əri komaya düşməyib Arzunun. Sonra mənim dilimdən yazıblar ki, güya koronadan ölüb. Mən olduğu kimi sizə danışdım hər şeyi. Arzu ölümündən öncə Qubada Təngaltıda olub, yüksəkliyə çıxıb. İndi də yazırlar ki, güya ər-arvad evdə zəhərləniblər. Bəs uşaqlar niyə zəhərlənməyib? Axmaq-axmaq fikirlrə səsləndirirlər".

Bu barədə Bizimyol.info saytına Arzu Məmmədovanın bacısı xalq artisti Zümrüd Məmmədova danışıb. O, qeyd edib ki, Arzu artıq həyatda olmadığına görə, nədən öldüyünün fərqi yoxdur.

Zümrüd Məmmədova Zümrüd Məmmədova

"Nədən ölür-ölsün, fərqi yoxdu, biz onu itirdik. Bizim əsas şikayətimiz Təcili Yardımdandır. Biz əsas günahı Təcili Yardımda görürük. Arzu evdə zəhərləndi, və ya evdə gəlib vurub öldürdülər, və ya vaksindən-koronadan öldü, ya doğuş zamanı öldü və ya hansısa qəzadan öldü. Axırda öldü. Bu Təcili Yardım niyə işləyir? Nəyə lazımdır, bu Təcili Yardım? Allah, onların bəlasını versin, bacımı əlimdən aldılar" ,- deyə xalq artisti bildirib.

Xatırladaq ki, avqustun 23-də AzTv-nın rejissoru Arzu Məmmədova, vaksin vurdurduqdan bir neçə gün sonra dünyasını dəyişib. A.Məmmədova dəfn edildiyi gün həyat yoldaşı da ürək çatışmazlığından ölüb. Yerli KİV-lərdə isə Arzu Məmmədova və həyat yoldaşının koronavirusdan öldüyü xəbərləri yer alırdı.

Hadisə ilə bağlı xalq artisti Zümrüd Məmmədova, Bizimyol.info saytına dnaışdıqdan sonra TƏBİB, Arzu Məmmədovanın avqustun 3-də birinci doza vaksin vurdurduğunu və ikinci dozanın isə hələ vurdurmağı barədə açıqlama vermişdi. Qeyd edilmişdi ki, avqustun 23-də Arzu Məmmədovanın koronavirus PCR testi pozitiv çıxıb. Və ölümün vaksinlə əlaqələndirilməsinin düzgün olmadığı qeyd edilib.

Etiraf edək ki, hələ pandemiyadan öncə də Təcili Yardımın fəaliyyətindən narazılıqlar var idi. Pandemiya dövründə isə, hər kəs bu xidmətdən narazıdır. Çağrılan Təcili Yardımın vaxtında gəlmədiyi, Təcili Yardımın telefonlarının hər zaman məşğul olduğu, qaynar xəttlərin cavab vermədiyi ilə bağlı kifayət qədər şikayət var. Sadəcə olaraq hər bir vətəndaş üçün maraqlıdır, Oqtay Şirəliyevin kor qoyduğu Azərbaycan Səhiyyəsinin nə zamansa dirçəlmə ümidi varmı? Yoxdursa, deyin, hamı bilsin və vətəndaş başına çarə qılsın...

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »