Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təkbaşına hər şeyin öhdəsindən gəlməyə çalışmaq "tükənmişlik sindromu"na səbəb ola bilər"
"Təkbaşına hər şeyin öhdəsindən gəlməyə çalışmaq "tükənmişlik sindromu"na səbəb ola bilər"

Beyin və bədən həddən artıq işləməklə və yorğunluqla mübarizə apara bilir. Bu vəziyyət uzun müddət davam etdiyi təqdirdə isə bədən və beyin yorula bilir. Bu zaman insan bitir, yorulur və tükənmişlik sindromu başlayır. Tükənmişlik sindromu yaşayan insanlar üçün heç nəyin mənası olmur.

Psixoloq Leyla Zaman Bizimyol.info saytına açıqlamasında bildirib ki, tükənmişlik mərhələli şəkildə baş verdiyi üçün əlamətləri dərhal hiss etmək mümkün olmur.

Tükənmişlik duyğusu ilə nə mübarizə aparmaq olar?

Psixoloqun sözlərinə görə, tükənmişlik ilkin olaraq, özünü unutqanlıq və diqqət pozğunluğu ilə biruzə edə bilər:

"Münasibətlərdə qürurun azalması, özünü və hədəflərini unutmaq, münasibətləri davam etdirmək və sevdiyiniz insanlarla birlikdə zaman keçirməkdə müşahidə edilən sıxıntılar, iş yoldaşları ilə xəyal qırıqlığı və əsəbi davranışlar, əzələ gərginliyi, ağrı, yorğunluq və yuxusuzluq müşahidə edirsinizsə, tükənmişlik sindromu yaşayırsınız".

Tükənmişlik sindromunun əlamətləri hansıdır?

  • Fiziki əlamətləri: Mədə və baş ağrısı, enerji çatışmazlığı, gücsüzlük, yuxunun pozulması, yorğunluq, arıqlama nəfəs çatışmazlığı.
  • Psixoloji əlamətləri:

    Depressiv hal, ümidsizlik, səbrsizlik, qərarsızlıq, hirs və əsəb, narahatlıq hissi.

  • Davranışlarda müşahidə edilən əlamətləri:

    İşə qarşı istəksizlik, həyata keçirməli olacağı işləri təxirə salmaq, sosial və iş yerində olan insanlarla mübahisələr.

Mütəxəssis qeyd edir ki, tükənmişlik sindromu müxtəlif xəstəliklərə səbəb ola bilər. Qan-damar xəstəlikləri, şəkərli diabet və depresiya tükənmişlik sindromunun səbəb olduğu xəstəliklərdir. Tükənmişlik sindromu ilə vaxtında mübarizə aparmaq lazımdır. Çünki bu vəziyyət uzuzn müddət davam edərsə, daha ağır nəticələrə gətirib çıxara bilər.

Tükənmişlik sindromundan yaxa qurtarmaq üçün, əvvəlcə buna səbəb olan qaynağı tapmaq lazımdır. Nədən sonra bu vəziyyətə düşdüyünüzü fikirləşin. Tükənmişlik ağır bir işin yaratdığı stressdən sonra, qaydasında olmayan münasibət, ailə problemləri, ağır xəstəliyi olan sevdiyiniz bir insana qulluq etmək və s. səbəblərdən yarana bilər.

"Təkbaşına hər şeyin öhdəsindən gəlməyə çalışmaq da tükənmişlik sindromuna səbəb ola bilər. Tükənmişliyin səbəbini bilirsinizsə, o problemi aradan qaldırmağa çalışın. İnsanlar sizdən razı qalmasa da olar. Yəni, hərkəsin idealı olmağa çalışmayın. Özünüzü düşünün. İnandığınız insanlarla danışın, müzakirə aparın. Tükənmişlik bəzən elə hal ala bilər ki, sizin bu vəziyyətdən çıxmağa halınız belə olmaya bilər.

İnsanlara yaşadığınız hissləri açıqlamaq bir qədər cəsarət tələb edir. Ancaq unutmayın ki, tükənmişlik hissi ilə tək mübarizə aparmaq çox çətindir.

Tükənmişlik sindromundan qurtulmaq üçün yeni insanlarla tanış ola və ya yeni iş axtarmağa başlaya bilirsiniz. Həyat yoldaşını və ya sevgilinizlə münasibətlərdə yolunda olmayan, sizi narahat edən tərəfləri müzakirə edin. Heç kimə dözmək kimi məcburiyyətiniz olmadığını unutmayın.

Tükənmişlik, sizə özünüzü gücsüz hiss etdirə bilər. Bu səbəbdən də görəcəyiniz işləri gözdən keçirin və ən vacibindən işə başlayın. İnsanları tükənmişlik sindromuna daha çox iş salır. Bu hissi yaşayırsınızsa, işdən uzaqlaşın. Bir qədər istirahət edin" - deyə psixoloq tövsiyə edir.

Tükənmişlik hiss edirsinizsə, bu sizin həyatınızın dönüş nöqtəsi ola bilər. Odur ki, həyatı olduğu yerdə saxlayıb yeni başlanğıclar edin:

  • Özünüzü düşünün, özünüzə dəyər verməyə çalışın.
  • Həyatınızda bir neçə günü başqasını düşünmədən özünüz üçün yaşayın.
  • Hisslərinizi gözdən keçirin, nə istədiyinizə qərar verin.
  • İnsanlarla aranıza sərhəd qoymağa başlayın.
  • "Yox" deməyi öyrənin.
  • İnsanlar sizdən layiq olmadıqlarını istəməməlidir, açıq ürəkli olmayın.
  • Özünüzü sevin.. Çünki siz özünüzün ən dəyərlisiniz.

Psixoloqun fikrincə, hər adam tükənmişlik sindromundan rahatca qurtula bilmir. Borcu olanlar və uşaqları olan insanlar hər şeyi buraxıb yenidən başaya bilmir. Belə olan halda isə uzun müddət sakit bir yerdə yatın.

"Hər gün idmanla məşğul olmağa zaman ayırın. Uşaqlarınızla zaman keçirin. Sizi doyuran və xoşbəxtlik hissi verən yeməklər yeyin, bol su için. Yoqa və ya meditasiya ilə məşğul olmağa zaman ayırın" - deyə psixoloq qeyd edib.

Xatırladaq ki, tükənmişlik sindromu ilk dəfə Herbet Freudenberger tərəfindən 1974-cü ildə aşkar edilib və tükənmə vəziyyəti olaraq adlandırılıb.

Ümumdünya Səhiyyə Təşkilatı isə tükənmişlik sindromunu "müvəffəqiyyətlə idarə edilməyən xroniki iş stresi" olaraq qəbul edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »