Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mən bu tırların Azərbaycana çox yaraşdığını düşünürəm" - Foto, Video
"Mən bu tırların Azərbaycana çox yaraşdığını düşünürəm" - Foto, Video

"Yıldızlar Tanıtım ve Organizasyon" LTD şirkəti, ağıllı sistemlər və son texnoloji avadanlıqlarla təchiz etdiyi "Super Səhnə Tır Modulu Turna" hər cür hava şəraitində 2 texniki əməkdaşla 15 dəqiqədə səhnə qurulmasına şərait yaradır.

Bu barədə Bizimyol.info saytına şirkətin rəhbəri Həsən Yıldız məlumat verib. Onun sözlərinə görə, yeni səhnə tır modeli 30 illik fəaliyyətin bəhrəsidir:

Həsən Yıldız Həsən Yıldız

"Pandemiya dönəmi bizim üçün bir fürsətə çevrildi. 2 illik bir boşluqda biz də dünyada bir ilki reallaşdırdıq. Mənim qardaşım Eyyub Yıldız bu sahədə çox təcrübəlidir. Uşaqlıqdan bu sektorun içindədir. Biz fəaliyyətimizdə bunu fərq etdik ki, bir konserti həyata keçirmək üçün iki gün əvvəl, 4-5 yük maşını və 25 nəfərlik qrupla gedirik. Biz bu iki il boşluqda qərara verdik ki, elə bir iş görməliyik ki, səs sistemləri, LED ekranları, istirahət otaqları, tualetləri daxilində olan bir şey yaradaq. Bizim səhnə tırlarımız illərin verdiyi təcrübə nəticəsində yarandı".

Həsən Yıldızın sözlərinə görə, artıq 5 Super səhnə tır istehsal edilib. Şirkət, bu tırları bütün dünyaya satmağı planlaşdırır. Türkiyədə bir çox tədbirlərdə istifadə edilən super səhnə tırlar hələ ki, dünyada təkdir.

Super Səhnə Tır Modulu Turna

"Mən bu tırların Azərbaycana çox yaraşdığını düşünürəm. Azərbaycandan bu tırların alınmasını çox istərdim. Bununla bağlı Türkiyə səfirliyində bir fürsətimiz oldu, təqdimat keçirdik. Onlar bizim təqdimatımızı Azərbaycan dövlətinə göndərdilər. Hazırda biz cavab gözləyirik. Bir daha qeyd edim ki, super səhnə tırlarımız dünyadakı ən son texnologiya ilə təchiz edilib. Ipad cihazı ilə idarə edilir. Bu gün Şuşada, Qarabağda bu tırlarla istənilən qədər konsert, tədbir keçirmək mümkündür. Bu tır 15 dəqiqədə səhnəyə çevrilir, hazır olur".

Yıldız, bu günə qədər Azərbaycanda olmadığını bildirib və əlavə edib ki, "Super Sahne Tır Modulu - Turna" ilə birlikdə Azərbaycana gedəcəyini də düşünür:

"Azərbaycan bizim canımız, ürəyimizin yarısıdır. Düşünürəm ki, biz bu tırlarla birlikdə çalışa bilərik. Azərbaycan və Türkiyənin qardaşlığı bütün dünyaya nümunədir. Biz birlikdə güclü və xoşbəxtik. Biz Azərbaycandan sahibkarların təkliflərini gözləyirik. Hazırda əlimizdə 5 tır var və birinin Azərbaycanda olmasını çox istərdik. Mənə Azərbaycanda olmaq qismət olmayıb. İnşəallah bu tırlarla birlikdə mən də Azərbaycana səfər edərəm".

Qeyd edək ki, "Yıldızlar Tanıtım ve Organizasyon" şirkətinin istehsal etdiyi "Super Səhnə Tır Modulu Turna"; LED ekranlar, yüksək texnologiyalı səs və işıq sistemləri ilə təchiz edilib. Beləliklə; festival, konsert, tanıtma, mitinq, açıq hava şəraitində filmlər, teatr və tədbirlərdə səhnə qurulması daha asan olacaq.

Super Səhnə Tır Modulu Turna

Milli və Beynəlxalq sərhəd daşımaçılıq standartlarına uyğun ölçüdə olan tır modulunun içində texniki otaq və VIP kulis də var. Daxilində səs izolyasiyası, sabit mobil generatorun kəsintisiz enerji verdiyi "Super Səhnə Tır Modulu" ilə hər mövsümdə 40-50 min nəfərlik tədbirlər keçirilə bilər.

Super Səhnə Tır Modulu Turna

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »