Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Türkiyə artıq regionumuzdakı hər məsələdə söz sahibidir”
Ərdoğan: “Türkiyə artıq regionumuzdakı hər məsələdə söz sahibidir”

“Türkiyə regionumuzdakı hər məsələdə diplomatik, hərbi, iqtisadi gücü ilə artıq söz sahibidir, bu artıq müzakirə mövzusu deyil”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) 26-cı fövqəladə toplantısında bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyə BMT-dən, G-20-dək olduğu hər yerdə artıq öz sözünü deməyi bacarır: “Suriyadan Liviyaya, Aralıq dənizindən Qafqazadək hər yerdə bu mövqeyimizin təsirlərini görmək mümkündür. Liviyaya, Azərbaycana dəstəyimiz bölgədəki sülhü təmin etdi. Türkiyə 81 vilayəti, 84 milyon vətəndaşı, qol-qanad gərdiyi qardaşları, tarix və mədəniyyət əlaqələri olan dost ölkələrlə birlikdə hədəflərinə yönəlmiş vəziyyətdədir”.

Türkiyə Prezidenti ölkəsinin hazırda texnologiya sahəsində öz markalarını bütün dünyaya qəbul etdirmək gücünə sahib olduğunu da vurğulayıb.(apa)

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »