Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsgərin intiharına səbəb olan baş çavuş həbs edilib
Əsgərin intiharına səbəb olan baş çavuş həbs edilib

Sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məmmədağa Məlikzadənin odlu silahdan atəş açmaqla özünü öldürməsi faktı əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaqla N saylı hərbi hissəsinin baş çavuşu Fərəməz Abasovun rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan şəxsə-əsgər Məmmədağa Məlikzadəyə qarşı zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Fərəməz Abasov Cinayət Məcəlləsinin 329.2.1-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə Bakı Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »