Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Simptomlar tamamilə dəyişdi: Bu simptomlara diqqət yetirin!
Simptomlar tamamilə dəyişdi: Bu simptomlara diqqət yetirin!

"Ailələr burnu axan uşağın koronavirusa yoluxa biləcəyini düşünməlidir."

Bizimyol.info xəbər verir ki, bu fikirləri Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri şöbəsinin müdiri, professor Mehmet Ceyhan uşaqlarda görülən koronavirusla bağlı önəmli açıqlamalar verən zaman səsləndirib.

Həkim, onu da qeyd edib ki, koronavirus əvvəllər temperatur, baş ağrısı, bədən ağrısı və dad pozğunluğu ilə özünü göstərsə də, lakin indi daha çox soyuqdəymə formasında özünü göstərir.

"Böyüklərin 85 faizi, uşaqların isə 90 faizi virusu simptomsuz keçirdir. Bu bir tərəfdən yaxşı şeydir, digər tərəfdən isə pis. Çünki diaqnoz olmadıqda tədbir görmək çətinləşir.

Avtobusa minirsən, virusa yoluxmuş adam var, amma o adamın özünün də xəbəri yoxdur. Heç bir şikayəti olmadığı üçün maskadan düzgün istifadə etmir və bütün avtobusda olan insanlara yoluxdurur. Buna görə də mübarizə aparmaq asan deyil”.

Həkim onu da bildirib ki, uşaqlarda klinik gedişatda fərqlər var.

"İndiki virus “Alfa” variantından fərqli simptonlara sahibdir. Delta variantı o qədər də aydın olmayan, soyuqdəymə formasında başlayır. Məsələn, uşağın qızdırması belə yoxdur sadəcə bir az öskürür, asqırıq və test yoxlanışı edirsən, pozitiv çıxır. Amma hər burnu axan uşağa da, koronadır demək olmaz”,-deyə həkim bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »