Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələn ilin sosial müdafiə xərcləri azaldılıb
Gələn ilin sosial müdafiə xərcləri azaldılıb

Hökumət 2022-ci ilin ilkin büdcə parametrlərini açıqlayıb.

Gələn il üçün maaşlarda təxminən neçə faiz artım ola bilər ? Bu suala cavab verən iqtisadçı Qubad İbadoğlu bizimyol.info-ya bildirib ki, hazırda açıqlanan sənəddə yalnız əmək haqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılacağı yazılıb. Dəqiq rəqəm göstərilmir.

Qubad İbadoğlu Qubad İbadoğlu

O qeyd edib ki, gələn sosial müdafiəyə 3 milyard 584 milyon 408 min manat ayrılacaq. Müqayisə üçün qeyd edək ki, bu ili dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərcləri üçün 3 milyard 692 milyon 746 min 545 manat nəzərdə tutulub. Yəni gələn il üçün əhalinin sosial müdafiəsinə ayrılan vəsaitdə artım yox, azalma var.

Bunun əvəzində gələn il hökumət 2 milyard vergi toplamağı nəzərdə tutub.

Belə ki, 2021-ci il büdcəsində vergilər xətti ilə 7 milyard 250 milyon manat daxilolma, 2022-ci il büdcəsində 9 milyard 138 milyon manat daxilolma proqnozlaşdırılır . Pandemiyadan əziyyət çəkən iqtisadiyyatımızda bu vergi yükünün nə ilə təmin olunacağı təəccüb yaradır. Belə çıxır ki, gələn ilimiz də cərimələrlə zəngin olacaq.

Bəzi ekspertlər deyirlər ki, 2022-ci il nəzərdə tutulan artım, müstəqillik dövrünün rekord artımlarından biridir. 2021-ci ilin ilk 7 ayının proqnozuna 126% faiz ( 5 milyard 273 milyon) əməl edilibsə və bu artım tempi ilin sonuna doğru qoruna bilsə, 2021-ci ildə belə vergitutma bazasını genişləndirmədən, vergi dərəcələrini, vergi yükünü artırmadan, sahibkarlara əlavə öhdəliklər gətirmədən ciddi artım yaşanacaq.

Maliyyə eksperti Samirə Kazımova bizimyol.info-ya bildirib ki, büdcə ilə bağlı göstəricilərin qarşıdakı mərhələdə dəyişməsi gözləniləndir. “2022-ci ildə büdcədə vergi daxilolmalarının həcmi 9,1 milyard proqnozlaşdırılıb. Onun təxminən 2 milyard manatını neft gəlirləri, 7,1 milyard manatını qeyri neft gəlirləri təşkil edəcək. Əlavə 2 milyard manat artım məsələsinə gəlincə, bu vergi yükünün artırılması deyil, həmin yığım potensial olaraq mümkündür.

2021-ci ilin ötən 7 ayında Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 273,7 milyon manat vergi daxil olub, proqnozdan əlavə 26,2 faiz vergi toplanıb. Bu 1 milyard 94 milyon manat artıq vergi deməkdir. Yəni Vergi Xidmətinin bu il 7 milyard 250 milyon manat proqnoza qarşı 1,5-1,7 milyard artıq yığacağı gözlənilir. Bu da edir təxminən 9 milyard manat. Elə bu rəqəm 2022-ci ilin vergi proqnozudur. Buna görə də, vergi dərəcələrinin artırılmasından, əlavə vergi yüyükündən söhbət getmir”,- deyə ekspert qeyd edib.

Necə deyərlər kor nə istər iki göz, biri əyri biri düz. Təki vergimiz qədər sosial rufahımız da artsın. Rəqəmlərdə vergilər nöqtə vergülünə qədər göstərildiyi kimi, gələn il artacaq maaşların da da son qəpiyi bəlli olsun.Hər ağızdan bir avaz çıxmasın, hərə öz ehtimalını irəli sürməsin. Və ən nəhayət orta əmək haqqı 2022-ci ildə 1000 manat olacaq deyən xəyalpərəstlərin arzuları da çin olsun.

İlhamə

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »